Xəyyamla Röya barışıb - Yeni il günü

Xəyyamla Röya barışıb - Yeni il günü Əməkdar artist Röya Ayxanla müğənni Xəyyam Nisanov barışıb. Bu barədə Xəyyamın özü məlumat verib.
Sənətçi MTV-də yayımlanan “Üç canlı” proqramına qonaq olarkən həmkarı ilə küsülülüyə son qoyduğunu qeyd edib: “Röya ilə onu çox sevdiyimdən danışdırmırdım. Biz 30 ilin dostuyuq. Sadəcə olaraq bir il fasilə vermişik. Ancaq Yeni il günü məkanların birinə barışdıq, küsülülüyə son qoyduq”.
Röya isə instaqram səhifəsində Xəyyamın yeni layihəsini paylaşaraq "Xəyyam, bunu aldın da hə? Gör, oğlan "kukla"sı neçəyədir? Xeyirli olsun, eşqim"- şərhini yazıb.
Qeyd edək ki, uzun illərdir dostluq edən, duet oxuyan Xəyyamla Röyanın dostluğunun pozulması barədə xəbər ötən ilin oktyabrında yayılıb. Hər iki tərəf məlumatı təsdiqləsə də, küsmə səbəbini açıqlamamışdı.

Tehsil-press.az

Oxşar xəbərlər