Rusiya Prezidenti Vladimir Putin amerikalı həmkarı Donald Trampla görüş yeri kimi Macarıstan paytaxtı Budapeşti seçməklə Qərb ölkələri arasında Ukrayna müharibəsində baxışda fikir ayrılığını dərinləşdirmək istəyir. Birincisi, Macarıstan AB-nin Rusiyaya qarşı sanksiyalarını dəstəkləmir. İkincisi, Budapeşt görüşündə Avropa liderlərinin iştirak etməməsi Brüsseli narahat edir.Bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
“Putin sülhdə maraqlı deyil. O, Donbası tələb edir. Rusiya 4 il ərzində Donbasın tamamını işğal edə bilməyib. Kiyev Donbasın bir hissəsini nəzarətdə saxlayır və həmin hissəni Rusiyaya verməyəcək. Kiyev indiki şərtlər altında atəşkəsə razıdır”, - o bildirib.
Politoloq vurğulayıb ki, Ukraynanın itirdiyi əraziləri geri qaytarması da çətindir:
”Putin vaxt udmağa çalışır. O istəyir ki, Kiyev və Brüssel Ukrayna ərazisinin işğalını qəbul etsin. Kiyev və Brüssel buna razı deyillər. Donald Trampın məqsədi Rusiya-Ukrayna müharibəsində atəşkəsə nail olmaqdır. Atəşkəs əldə olunmasa, Ağ Ev Avropa üzərində Ukraynaya hərbi texnika satmaqda davam edəcək”.
Tehsil-press.az















