Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirib

Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası “Konstitusiya və Suverenlik İli” çərçivəsində tədbir keçirib 12 noyabr 2025-ci il tarixində Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Polimer Materialları İnstitutunda Gənc Alim və Mütəxəssislər Şurası (GAMŞ) “Konstitusiya və Suverenlik ili” çərçivəsində “Konstitusiya və suverenlik: müstəqilliyin qorunması və gələcəyə baxış” adlı tədbir keçirib.

Tədbiri giriş sözü ilə GAMŞ-ın sədr müavini, Poliefir və polikarbonat materiallar laboratoriyasının kiçik elmi işçisi Ülviyyə İsmayılova açıb.

Sonra GAMŞ-ın üzvləri - Biomimetik polimer materiallar laboratoriyasının kiçik elmi işçisi Fəridə Məmmədova və Nanopolimer kompozitlər laboratoriyasının kiçik elmi işçisi Aidə Dünyamalıyevanın çıxışları dinlənilib. Müstəqil dövlətimizin ilk Konstitusiyasının qəbul olunmasının 30 illiyi ilə əlaqədar 2025-ci il Azərbaycanda “Konstitusiya və Suverenlik İli” elan edilib. Məruzəçilər Azərbaycanın müstəqilliyini bərpa etdikdən sonra siyasi, iqtisadi, hərbi və digər sahələrdə mürəkkəb vəziyyətə düşdüyünü, ölkəmizə qarşı silahlı təcavüz və daxili böhranın dövlət müstəqilliyinin itirilməsi təhlükəsi yaratdığını, belə bir şəraitdə Ümummilli Lider Heydər Əliyevin əzmlə ölkəmizin qarşısında dayanan problemləri aradan qaldırdığını söyləyiblər. 1995-ci ildə onun rəhbərliyi ilə Konstitusiya hazırlandı və müstəqil dövlətimizin ilk Konstitusiyası qəbul edildi. Bu sənəd ölkəmizin bünövrəsini möhkəmləndirən, xalqımızın azad iradəsini əks etdirən əsas qanundur. Konstitusiyanın qəbul edilməsinin 30-cu və Zəfərimizin 5-ci ildönümü nəzərə alınaraq bu ilin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan edilməsi dövlətimizin hüquqi əsaslarının möhkəmləndirilməsi və suverenliyimizin gücləndirilməsi məqsədi daşıyır.

Tehsil-press.az

Oxşar xəbərlər