Bu sözləri Əməkdar artist, rejissor Nicat Kazımov yazıb. O bildirib ki, məsələni araşdırmaq üçün saatlarla vaxtı gedib:
“Məsələni araşdırmaq üçün 29 manatlıq kontur xərclədim. Telefona necə cavab verdikləri kimsəyə sir deyil. Nə isə, bu gün mənə zəng ediblər ki, siz “Kapital bank”a müraciət edin. 2 saatımı da bankda itirdim. Dedilər, əməliyyat uğurlu olub. Ay “Azərişıq”, əgər sizin sistemdə problem varsa və ya işçiləriniz işləyə bilmirsə mənim təqsirim nədir?”.
Aktyorun paylaşımına şərh yazanlar bildirib ki, “Azərişıq” tez-tez bu problemlə əksər abonentləri incidir.
Qarşı tərəfi dinləməyə hazırıq.
Tehsil-press.az











