Mehdiyevin Gültəkinə milyonluq sevgisi — Pərdəarxasında daha nələr gizlənir?

Mehdiyevin Gültəkinə milyonluq sevgisi — Pərdəarxasında daha nələr gizlənir? Xəbər verdiyimiz kimi,keçmiş deputat Gültəkin Hacıbəyli Türkiyədə saxlanılaraq Azərbaycana gətirilib.

Onun "Ramiz Mehdiyev işi" çərçivəsində saxlanıldığı bildirilir.

Oxu24.com saytı bundan öncə Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevdən qəbul etdiyi mülklərlə bağlı faktlar təqdim etmişdi.

Sözügedən mənzillər Ramiz Mehdiyevin kürəkəni İlham Əlisəftər oğlu Əliyevin sahibi olduğu, sonuncunun qardaşı oğlu Orxan Fikrət oğlu Əliyevin isə qanuni təmsilçisi olduğu “NLT” MMC tərəfindən inşa edilmiş Bakı şəhəri, Nəsimi rayonu Dilarə Əliyeva küçəsi, 251A ünvanında yerləşir.

Həmin mənzillərdən biri Gültəkin Hacıbəylinin atası Yunis Hacıyevin adındadır. Söhbət həmin ünvanda,6-cı mərtəbədən yerləşən 179.4 kv.m sahəsi olan 183 nömrəli mənzildən gedir. G.Hacıbəyli sözügedən mənzili hazırda yüksək məbləğə kirayə verib.

Həmin binanın 13-cü mərtəbəsində G.Hacıbəyliyə xüsusi “xidmətlərinə” görə, “boz kardinal” tərəfindən bağışlanan digər mənzil isə onun bacısı Aytən Hacıyevanın adına rəsmiləşdirilib. 178.18 kv.m sahəsi olan, 4 otaqlı həmin mənzildə isə G.Hacıbəyli özü tək yaşayırmış.

Bununla bağlı araşdırma aparıb.

Mənzillərin yerləşdiyi ərazini və əmlak bazarında hazırki vəziyyəti nəzərə alsaq Gültəkin Hacıbəylinin Ramiz Mehdiyevdən 1 milyondan çox dəyəri olan "mükafat" aldığını deyə bilərik.

Mənzillərin dəyərini dəqiqləşdirmək məqsədi ilə Oxu24.com əmlak ekspertləri ilə də əlaqə saxlayıb.

"PRİCE EXPERT" MMC-nin qiymətləndiricisi Yaqub İsgəndərov saytımıza açıqlamasında mənzillərin ümumi dəyərini təhlil edib.

Ekspertin sözlərinə görə,mənzillərin təmirindən asılı olaraq orta qiyməti hər kvadrat metr üçün 3000 manat söyləmək olar.

"Sizin təqdim etdiyiniz rəqəmlərə əsasən deyə bilərik ki,sözügedən mənzillərin hər biri üçün ayrılıqda 540-545 min manat məbləğində dəyərləndirə bilərik.İki mənzil üçün ümumi qiymət 1 milyondan çox qiymətləndirilir",-deyə ekspert bildirib.

Göründüyü kimi,Gültəkin Hacıbəyli Ramiz Mehdiyevdən təkcə bu fakt üzrə 1 milyondan çox dəyəri olan "mükafat" alıb.Bu "mükafatlandırmalar"ın artacağı və yeni faktların üzə çıxacağı istisna edilmir.Gültəkin Hacıbəyli,Əli Kərimli,Ramiz Mehdiyev kimi saxtakar,ikiüzlü,simasızların əsl üzü aşkara çıxdıqda onların əslində nəyə xidmət etdikləri,nə qədər xəyanətkar mövqe tutduqları məlum olur.

Sözügedən hadisələr ətrafında araşdırmalarını davam etdirəcək./Oxu24.com/

Tehsil-press.az

Oxşar xəbərlər