Mətbuatda dolaşan xəbərlərdən və dövlət məmurlarının verdiyi məlumatlardan belə məlum olur ki, qeyri dövlət və qeyri neft sektorunda çalışanların maaşlarından tutulacaq verginin dərəcəsi 50 faiz azaldılacaq. 7 il bundan əvvəl 14 faiz idisə, yanvardan 7 faiz olacaq”. Bu sözləri açıqlamasında hüquqşünas Əkrəm Həsənov deyib. O bildirib ki, vergi güzəştinin ləğvi cəmiyyətə daha əvvəldən açıqlanmalı deyib:
“Mən hələ iyul ayında yazmışdım ki, 6 ay sonra vergi güzəşti ləğv olunacaq. Həmin vaxt bu barədə məlumat verilmirdi. Belə bir xəbəri ilin sonunda açıqlamaq düzgün deyil. Dünya ölkələrinin bir çoxunda bu cür iqtisadi qanun layihələri ilə bağlı 6 ay yaxud 1 il öncədən ictimaiyyətə məlumat verilir”.
Hüquqşünas qeyd edib ki, maaşdan vergi tutulması “qara mühasibatlığa” və iş ixtisarlarına gətirib çıxaracaq:
“Burada bir neçə tendensiya olacaq. “Qara mühasibatlıq” artacaq, işçilər sadəcə ixtisas olunacaq. Tutaq ki, bir sahədə 5 işçi var idi. İndi həmin işdə 3-nü saxlayıb, onların maaşını biraz artıracaqlar. İş yerləri bağlanacaq. İşçilərə də deyəcəklər ki, işləmək istəmirsinizsə, sizin yerinizə işləmək istəyən çoxdur. İşsizlik artacaq. Bəzi sahibkarlar isə ümumiyyətlə bizneslərini bağlayacaqlar. Aydındır ki, vergi artımın nəticəsi “qara mühasibatlığı”, iş ixtisarlarını artıracaq”.
Qeyd edək ki, ötən gün keçirilən Milli Məclisin plenar iclasında çıxışı zamanı maliyyənaziri Sahil Babayev 2500 manata qədər maaş alanların gəlir vergisinin 14%-dən 7%-ə salındığını bildirib.
Bu güzəştdən hansı sahədə çalışan şəxslərin yararlanacağı, həm özəl, həm dədövlət işçilərinə şamil olunub-olunmayacağı mraq doğurur. Eləcə dəprosesin mərhələli olması, hansı ildə neçəfaiz vergi veriləcəyi kimi məsələlər də sual yaradır.
Tehsil-press.az













