“La Nouvell Tribune” portalı məlumat yayıb.
Məlumata görə, hərbçilər ölkənin milli televiziyasının binasını ələ keçiriblər.
Hərbçilərin yaydıqları bəyanatda qeyd olunub ki, ölkə konstitusiyasının və siyasi partiyaların fəaliyyətini dayandıracaq, sərhədləri bağlayacaqlar.
Benin haqqında məlumat:
Müasir Benin dövlətinin şimalında qurma tayfaları məskunlaşmışdı, sonralar onlar müasir Nigeriya ərazisindən gələn barba tayfaları tərəfindən sıxışdırıldılar. Ölkənin cənubunda isə fon və aca tayfaları yaşayırdı. XV əsrdə Benin ərazisində portuqaliyalılar göründülər.
Müstəmləkə və müstəqillik dövrü
Benin 1893-cü ildən Fransanın müstəmləkəsinə çevrildi. 1904-cü ildə Benin Fransız Daqomeyası adı altında fransız Qərbi Afrikasının tərkibinə daxil edildi. Fransız müstəmləkəçiləri burada sənaye müəssisələri (sabunbişirmə, tikiş və s.) yaratmağa dəmiryolları və şose yolları çəkməyə başladılar. 1 avqust 1960-cı ildən Daqomeya Respublikası müstəqil dövlət elan edildi.
Əhalisi
Benində əhalinin son siyahıya alınması 11–25 may 2013-cü ildə aparılmışdır. Siyahıya alınmanın nəticələrinə əsasən 2013-cü ildə ölkədə əhalinin sayı 9 983 884 nəfər olmuşdur. Əhalinin illik təbii artımı 2,9 faiz təşkil edir. Orta ömür müddəti 59 ildir. 2007-ci il məlumatına əsasən immun çatışmazlığı virusu ilə yoluxma 1,2 faizdir.
Etnik tərkib
Benində 60-dan çox xalq yaşayır, ölkə əhalisinin əksəriyyətini (təqribən 65 faizini) fon xalqlarına aid olan şərq eve xalqı, həmçinin, daqomey, barba, somba, yoruba, busa və digər xalqlar təşkil edir.
Dil
Ölkədə rəsmi dövlət dili fransız dilidir. Bundan başqa, Benində fon və yoruba (əsasən ölkənin cənubunda), ölkənin şimalında müxtəlif tayfaların dillərindən də geniş istifadə olunur.
Din
Benində əhalinin 42,8 faizini xristianlar (əsasən katoliklər), 24,4 faizini müsəlmanlar, 17,3 faizini buddistlər, 15,5 faizini digər dinlərin nümayəndələri təşkil edir (2002). 15 yaşdan yuxarı əhalinin 34,7 faizi,(qadınların 48 faizi, qadınların 23 faizi) savadlıdır (2002).
Tehsil-press.az














