İmtahanlar obyektiv və şəffaflıq şəraitində keçirilir
Hazırda ölkəmizin bütün ali və orta ixtisas müəssisələrində imtahan sessiyası davam edir. Bunu xüsusi qeyd etmək lazımdır ki, istər qış, istərsə də yaz imtahan sessiyasının keçirilməsi həmişə diqqət mərkəzində olmuşdur.
2017/2018 ci tədris ilinin yaz-yay imtahan sessiyasını ali təhsil müəsissələrində mövcud qaydalara uyğun təşkil etmək, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığı və obyektvliyi təmin etmək məqsədi ilə 2018-ci ilin mayında təhsil naziri əmr imzalamışdır. Əmrdə göstərilir: «... Təhsil müəssisələrinin rəhbərləri rəhbərlik etdikləri ali və orta ixtisas müəssisələrində imtahan sessiyasının mövcud normativ sənədlər əsasında təşkil olunmasını təmin etsinlər.. Və nəzərə alsınlar ki, rəhbərlik etdikləri təhsil müəssisələrində baş verə biləcək hər bir neqativ hala görə məsuliyyət daşıyırlar....»
Təbii ki, imtahan prosesi dövründə tələbələr üçün yaradılan şərait, bütün imtahanların qərəzsiz prinsiplər əsasında aparılması çox ciddi məsələdir.
İmtahan prossesi dövründə yaradılan şərait, bütün imtahanların yeni, mütərəqqi prinsiplər əsasında aparılması, tələbələrin biliklərinin obyektiv qiymətləndirilməsi, çox ciddi və həm də taleyüklü məsələdir.
İmtahan sessiyası dövründə bir neçə ali təhsil ocağına baş çəkmək, imtahanlara hazırlıq aparılması prosessi ilə yaxından tanış olmaq qərarına gəldik.
Belə təhsil müəssisələrindən biri də Azərbaycan Təfəkkür Universitetidir.
Bütün bunları nəzərə alaraq universitetdə olub imtahanların gedişi ilə maraqlandıq. Onu da xatırladaq ki, universitetdə imtahan sessiyasını mövcud qaydalara uyğun təşkil etmək, imtahan prossesində mümkün narazılıqların araşdırılması məqsədilə rektorun əmrilə fakultələr üzrə münaqişə komissiyaları, imtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınmasını, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı daxil olan ərizə, şikayət və təkliflərin çevik araşdırlımasını və tələbələrin müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə «Qaynar xətt» qərargahı yaradılmışdır.
Təhsil müəsissəsində bizi universitetin elm və təhsil üzrə prorektoru İlham Musayev qarşıladı və o bizə imtahanın gedişi və təşkili ilə bağlı məlumat verdi:
- İmtahan sessiyasının təşkili və aparılması Azərbaycan Respublikası Təhsil Nazirliyinin müvafiq əmrinə tam uyğun təşkil olunmuşdur. Universitenin rektoru professor Rahim Hüseynov 07/05/2018-ci il tarixində “2017/2018-ci tədris ilinin yay imtahan sessiyasının keçirilməsi” barədə əmr imzalamışdır. Həmin əmrə müvafiq olaraq tədris müəsissəsində imtahan sessiyası iyunun 6-dan iyulun 6-na dək keçiriləcəkdir. İstər fakultə dekanları, istər kafedra müdürləri, istərsədə müəllimlər işlərini həmin əmrin tələblərinə uyğun qurmuşlar. Açığını deyim ki, imtahan sessiyası başlayan gündən heç bir neqativ hadisə baş verməmişdir və heç bir narazılıq qeydə alınmamışdır. Əgər hər hansı bir qayda pozğunluğu olarsa dərhal yaradılmış komisiya həmin məsələni araşdırır və müvafiq tədbirlər görülür. İmtahan sessiyası dövründə rektor və prorektor hər gün saat 16:00-dan 18:00-ə qədər qəbul aparır. Tələbə, valideyn, ictimaiyyətin nümayəndələri qəbulda öz problemlərini bildirir, məsələlər obyektiv şəkildə öz həllini tapır.
Həmin gün universitetdə II və III kurs tələbələri yazılı imtahan verirdilər.
Onu da qeyd edək ki, obyektivliyin və şəffaflığın təmin olunması məqsədilə koordinator-nəzarətçilər bir qayda olaraq qeyri-ixtisas müəllimləri arasından seçilmişdir ki, bu da tələbəyə imtahan zamanı kömək göstərmək kimi təsadüflərə yol verilməsinin qarşısını almaq məqsədi daşıyırdı. Tələbə yazılı imtahan veribsə, yazılar koordinator otağında şifrələndikdən sonra qiymətləndirmək üçün fənn müəlliminə verilir. Şifrələnmə o deməkdir ki, bu zaman müəllim kimin yazısını qiymətləndirdiyini bilmir. Nəticə isə yubadılmadan, tələbənin imtahan verdiyi günün sabahı elan edilir. Qiymətləndirmədən narazı qalan tələbə dərhal münaqişə komissiyasına müraciət edərək apelyasiya vermək hüququndadır. Apelyasiyada fənn müəllimlərinin iştirakı ilə tələbənin cavabı yenidən araşdırılır. İmtahanların gedişində yarana biləcək mənfi halların qarşısının alınması, yol verilən nöqsanların vaxtında aradan qaldırılmasını, imtahanların gedişi ilə bağlı olan ərizə, şikayət və təkliflərin çevik araşdırılmasını və tələbələrin müraciətlərinə vaxtında baxılmasını təmin etmək məqsədilə qərargah qrupu yaradılıb. Apardığımız müşahidələrdən, tələbələrlə söhbətlərimizdən bu qənaətə gəldik ki, universitetdə həyata keçirilən hər bir layihə, tətbiq olunan hər bir yenilik imtahanların obyektiv və şəffaf keçirilməsinə hesablanıb. Bunun nəticəsidir ki, sessiya zamanı ehtimal oluna biləcək hər hansı neqativ halın qarşısı vaxtında alınır. Biliyin yeganə meyar olduğuna əmin olan tələbələr imtahanlara daha ciddi və həvəslə hazırlaşırlar.
İmtahan prosesi ilə tanışlıq zamanı bir neçə tələbə ilə söhbətləşmək, imtahanın gedişi barədə tələbələrin fikrini, imtahana necə hazırlaşdıqlarını da öyrənmək istədik.
Cavab verən tələbələr bir ağızdan hər şey tam obyektiv və şəffaflıq şəraitində keçirilir. Əgər oxumusansa biliyin varsa, qiymətində var deyə bir ağızdan cavab verdilər.
Bizdə öz növbəmizdə tələbələrimizə uğurlar arzuladıq.

Hikmət Əliyev
Leyla Bayramova
“Təhsil-press.az” İnformasiya Agentliyinin əməkdaşları