Səhər gözümü açan kimi instinktiv formada ilk yadıma düşən kompüterim olur. Yeməkdən öncə ona üz tuturam,“online” medianın manşetlərini, yeni sərlövhələri nəzərdən keçirirəm. Və... bu gün şokdayam! Cəmil Həsənli deyib ki: “Xaricdə gizlənən saxta qəhrəmanların sadə insanları mitinqə təşviq etməsi təqdirolunan hal deyil. Hətta ayıbdır. Cəsarətləri çatırsa, qayıdıb özləri öndə getsinlər, camaatı qabağa verməsinlər”. Üstəlik, kimə deyib bunu? – Qənimətə. (Yeri gəlmişkən, Cəmil bəyin özü 5 mitinqdən 4-ündə Bakıda olmur, az qala bütün aksiyalarla bağlı mesajları xaricdəki hansısa daha “vacib” tədbirdən göndərir.
Keçən dəfə də İbrahimbəyov bir günlük səfəri çərçivəsində belə bir açıqlama ilə adını manşetlərə yazdırmışdı: “Cənab prezident biz düşünənləri, bizim beynimizdə olan arzuları onsuz da öz qərarları və sərəncamları ilə həyata keçirir, reallaşdırır.” Və... məlum açıqlamadan sonra 2013 - seçkilərinə ay yarım qala İbrahimbəyovun sağ böyründə bir, sol çiynində 4 selfi çəkdirən gülçataylar da düşmüşdü stadiona giriş bileti tapmayıb futbolu çöldəki monitordan izləyən azarkeşlərin gününə. Heyf olmuşdu gözləntilər. Mayası batmışdı 3 gün öncəki “feysbuk” təbriklərinin.
Azadlığa çıxan kimi Mehmanın da ilk qaraladığı kəsim jurnalistlər oldu: “Belə məntiqsiz, qeyri-peşəkar suallar verməyin”. Hələ daha ağır dedi, mən yüngül yazıram. Ardınca da buyurdu ki: “Fəaliyyətimi necə davam elətdirəcəyimlə bağlı indidən nəsə söyləsəm düz, real, olmaz. Onu zaman göstərəcək”. Yəni, təxminən belə. Güman ki, jurnalistlərə, dostlara “sağ ol”, bizlərə isə mesaj idi bu. Nə deyim. “Əhsən”. Açığı, artıq ciddi gözləntilərim var Mehmandan. O, mövcud iqtidarın gördüyü işləri məndən daha gözəl təbliğ etsə qətiyyən təəccüblənmərəm. Hörmət bəslədiyim jurnalist Sevinc Telmanqızı da bu haqda geniş köşə yazıb. Dostlara məsləhətim budur, həmin yazını mütləq oxusunlar. Xanım şokdadır ki, niyə Mehman mövzusundan gözəlcə bəhrələnib qrant alanlar, öz marağını güdənlər kənarda qalarkən hücum jurnalist üzərinə oldu? Dəyərli bacıma cavabı onların əvəzinə özüm verim: “Yuxarıda qeyd etdiyim kimi – belələrinin “sağ ol”u öz təcəssümünə belə varır, öz ünvanına belə çatır. Nə 1 mm sağa, nə sola. Eynən qalaktika dəqiqliyində, Günəşin yerləşmə bucağıtək. Bəli, 25 ildir üslub dəyişmir. Hansısa bənzər məsələ həllini tapan kimi, səbəbkar özü olur “qəhrəman”, bu yöndə əməyi olan hər kəs isə gedir işinin dalınca. Hətta bəzən düşür “iqnor”a. Zaman-zaman çoxlarına belə “təşəkkür” edilib. Ən böyük təşəkkürnamə isə saytınızın, qəzetinizin rəhbəri Rauf Arifoğlunun adına yazılıb. Onun 20 illik əziyyəti, müxalifət cəbhəsindəki cəsur yox, məhz “ölümünə” fəaliyyəti də oxşar formada “dəyərləndirilib”. Axırda da məlum olub ki, ömrü boyunca qarşı cəbhənin üzərinə gedən Elşən Musayev haqda 2 neqativ söz deyiləcəksə, onun yüz qatı Rauf Arifoğlu haqda deyilməlidir. Hələ, yəqin xatırlayarsınız, 1 ay öncəki canlı yayımda – hansı ki, qonağınız idim - məhz jurnalist peşəkarlığı və iç səmimiyyəti ilə dilimdən söz almağa çalışırdınız ha, ki Mehmanın azadlığa çıxmağını dilədiyimi söyləyim. Bax görərsiz, məlum canfəşanlığın müqabilində belə…mən qalacam kənarda, siz hədəfə gələcəksiniz. Ən böyük tənqid haqqınızda səslənəcək. Deyəcəklər, o nə sıxma-boğma idi? Ardınca da o nə köşə idi? O nə minnət idi? Amma kimsənin yadına Elşən Musayevin məğzdən ehmalca uzaqlaşan cavabı düşməyəcək. Hələ mən tam əksini gözləyirəm – özüm üçün, müdafiə etdiyim iqtidar üçün onun dilindən xoş söz gözləyirəm. O boyda Həsənli, İbrahimbəyov artıq yanakı duruşla olsa belə biz deyənə gəlibsə, biz deyəni deyirsə Mehman niyə gəlməsin, Mehman niyə deməsin?
Ruslan Bəşirli və onun ətrafında cərəyan edən hadisələr yəqin çoxlarının yadındadır. Əməlindəki cinayət tərkibinin miqyasını xırdalamayacam. Oldu, keçdi. Amma mənəvi və siyasi tərəfləri demək məcburiyyətindəyəm: Adam hər nə eləmişdisə, cinayətə hər hansı bir formada şərik olmuşdusa Əli Kərimliyə olan inamına görə olmuşdu, Əli Kərimlinin birbaşa təlimatları ilə olmuşdu. Düz 6 il, 7 ay da həbs çəkdi. Yaşlı valideynləri, gənc nişanlısı onu səbrlə, sərasər gözlədi. Ruslan işindən, təhsilindən, gözəl illərindən, 7 il daha tez qurula biləcək ailəsindən, anasının, atasının qulluğunda dura bilmə imkanından məhrum oldu. O, nə istintaqda nə məhkəmədə öz “lider”ini satmadı. Axırda da (düz 6, 7 ildən sonra!!!) yenə kimsəni ittiham etmədən, kimsəyə qarşı ifadə vermədən ölkə rəhbərinə sadə bir müraciət ünvanladı ki, azadlığa çıxmaq istəyirəm. Və çıxdı. Dərhal da öz düşərgəsindən “təşəkkür” aldı. Dərhal söyüşün, təhqirin, iftiraların cənginə keçdi. Dərhal ona “satılmış” damğası vuruldu. Bir dəfə “Azadlıq” qəzeti Ruslan haqda elə iyrənc, elə haqsız yazı vermişdi ki, o yazı hələ də yadıma düşəndə tüklərim birər-birər olur…
Bu deyəcəyim isə zamanında Əli Kərimlinin müavini olmuş, bu gün isə konstruktiv, loyal mövqe sərgiləyən bir siyasətçinin mənə ürək ağrısı ilə söylədiklərindəndir: “Ailənin də, qonşuların da, qohumların da, ictimaiyyətin də qınağında idim. Bu adamla bərabər olduğum üçün. Övladım belə ata kimi hörmət eləmirdi mənə. Siqareti də dənə-dənə alıb çəkirdim. Yüz məhrumiyyət vardı həyatımda. Amma yox, prinsipial mübarizədən geri çəkilmək olmaz – paralel xətdə devizim bu idi! Həm də heç şübhəsiz, düşündüyüm. Və…bir gün Kərimli bizi (bir başqa müavinlə) evinə çağırdı. Ənənəvi “məsləhətlərini” vermək üçün. Sonra söhbət elə məcaraya gəldi ki, minnət başladı, onunla bərabər olduğumuz üçün guya həyata da, qismətə də, Allaha da şükür etmək gərəkdiyini söylədi. Ardınca isə qızışdı, çox pis təhqirlərə yön aldı. Üzərinə getmək istədik. Amma hətta evində belə yanı ətrafından bir addım kənar qoymadığı mühafizəçilər irəliləməyimizə imkan vermədi. Bəli, o elə qorxaqdır ki, evində də mühafizəçi ilə gəzirdi. Başımı bulayaraq bloka düşdüm. Ehmalca pilləkənlər üzərində oturdum. Bir xeyli fikirləşdim. İlk dəfə məni qınayanlara haqq verdim və ilk dəfə anladım ki, bu qədər məhrumiyyətin qarşılığında “sağ ol” cavabı budursa, demək illər uzunudur yanlış yolda olmuşam…
Odur ki, üzümü (sadaladıqlarım faktların fonunda) bəlli müxalif kəsimin yanında qərarlaşan, özlərinə yanlış yol seçən həmvətənlərimə tuturam və deyəcəklərim məhz onlara ünvanlanıb: Dostunu, silahdaşını, ona yüz məhrumiyyət hesabına qulluq edənləri, təmənnasız, əsl xidmətçiləri bir göz qırpımında unudan, silən, təhqirə məruz qoyan “lider”lərin sizə verə biləcəyi nəsə ola bilərmi? Ruslan Bəşirli kimi 6 il 7 ay həbs yatandan sonra Əli Kərimlinin trollarının söyüşləri, iftiraları ilə qarşılaşmağa, ömrünüzdən bir heç uğruna ömür yeməyə hazırsınızmı? Bir mandata görə əqidə dəyişib, moizə oxuyan gülçatayların niyə belə elədikləri, söylədikləri məgər gün kimi aydın deyilmi? Sorosun, yüz mənfur mərkəzin kisəsindən pul dilənənlərin, onun-bunun yedəyinə, “kukla”sına çevrilənlərin, “Qarabağda müharibə başlasa, silahı erməniyə yox, özümüzkülərə tuşlayın” – təvəqqesində bulunan, inqilab, qan, edam çağırışı edən vidadilərin yanında olmaq sizcə siyasətdirmi, millət sevgisidirmi? Hələ fərqində deyilmisiniz ki, “cəhənnəmə gedən özünə yoldaş axtarar” – kəlamı elə məhz Əli Kərimli timsalında söylənilib? Hələ anlamırmısınız ki, istifadə olunursunuz, sizə alət kimi baxırlar, sizi amansızca istismar edirlər?
Bir həqiqəti dərk edin: Özünü müxalifət adlandıran radikalların sıralarında illər uzunu müşahidə edilən seyrəlmənin tək səbəbi budur ki, ətrafdakılar ya reallığı görüblər ya da xəyanəti! Elçibəy də lider idi. Amma son nəfəsinə qədər heç bir müavini istefa vermədi, onun yanından çəkilmədi. Niyə belə oldu sizcə? Səbəb nə idi? Səbəb o idi ki, Elçibəy satılıq deyildi, ətrafındakılara dəyər verməyi, onlara “sağ ol” deməyi və ən əsası: millət adı olan yerdə bütün ambisiyalarından geri çəkilməyi, qardaş qırğını perspektivi gözlənilən məqamda bütün qorxulu ssenarilərdən - alternativlərdən birmənalı şəkildə imtina etməyi bacarırdı. İnandırım sizi, Əbülfəz bəy bu gün də sağ olsaydı, kiminsə cibindən çıxanlara qarşı bizdən daha betər mübarizə aparardı, onlara yönəlik münasibətini ən sərt formada bildirərdi. Mən yatsam yuxumda belə görə bilmərəm ki, Elçibəy vidadiyə eynən Əli Kərimli tərzində “bəy” – deyə xitab edir, 2-3 nəfər kontingent naminə hansısa dini missionerin müdafiəsinə qalxır, Fəxrəddin kimi satqınlar haqda kəlmə belə kəsmir, susur. Yox. Eləməzdi. Əsla. Fərq budur! Ona görə Elçibəy Fəxri Xiyabanda uyuyur, Əli Kərimli isə qrant kölgəsində! Ona görə Elçibəyin ölüsü belə Kərimlinin dirisindən daha qiymətlidir! Ona görə müxalifətçilik bu hala gəlib, pərakəndələşib, kasadlaşıb!
Mitinq də bir tələdir. Məlum ambisiozlar kimlərinsə üzərinə çıxıb, kimlərinsə çiynindən boylanıb haralarasa baxmaq çabasındadırlar. Amma o baxışların zərrəsi, yarımca diaqonalı belə xalqa, onun maraqlarına tərəf tuşlanmayıb. Riyakar adam – xalq aşiqi ola bilməz. Aksiomdur bu. Qisas eşqi ilə alışıb yanan adam – millət fədaisi ola bilməz. Yazılmayan qanundur bu!
Siyasətçi gördüyünü deyil – lazım olanı söyləyən biridir. Hava proqnozuna baxıb, səhər ona uyğun libas seçmək və geyinmək göstərici deyil. Hakimiyyətin onsuzda eləyəcəklərini, sosial planlarını bilə-bilə bu haqda aksiya şüarı hazırlamaq, baş verənləri öz mitinqinin adına çıxmaq da üsul, xətt, yön, yol deyil.
Təzə şeylər danışın, bəylər! Təzələnin, bəylər! Təzələnməyə tələsin, bəylər!
Bir azdan “refreş” imkanınız da olmayacaq…
Elşən Musayev,
Milli Məclisin deputatı