Küçədən siyasətə gələn, lakin küçə düşüncəsindən xilas ola bilməyən Ermənistanın baş naziri Nikol Paşinyan növbəti şounu nümayiş etdirdi. Xeyr, o, bu dəfə nə Dağlıq Qarabağ münaqişəsi ətrafında “janqlyorluq” edir, nə də tutuquşu kimi “Qarabağ ayrı respublikadır” sözlərini təkrarlayırdı, bu dəfə sadə ermənilər önündə əlində süpürgə sözün əsl mənasında teatr göstərirdi. Hərçənd, Paşinyanı əlinə süpürgə alması ilə Qarabağ danışıqları arasında paralellik aparmaq mümkündür: erməni baş nazir ac erməniləri vətənpərvərliklə doyurmaq üçün Qarabağ ritorikasının yetərli olmadığını anlayır və “vətənpərvərliyin” gözünə “küçə süpürən nazir” obrazını da qatmaqla yeni cəhdlərə əl atır.
İrəvanda keçirilən iməcilikdə Paşinyan ümummilli teatrın önündə aktyorluq etdi. Onu əlinə süpürgə götürməyə məcbur edənsə heç də “sadə nazir” obrazını yaratmaq yox, ölkədə yaranmış sosial-iqtisadi vəziyyət fonunda uçuruma yuvarlanan reytinqini qaldırmaq istəyidir.
Paşinyanın aktyorluq etdiyini elə ermənilər özləri dilə gətirirlər. Erməni şərhçi Samvel Ohanesyan “Şənlənmək və aktyorluq etməyin vaxtıdırmı?” adlı məqaləsində cəmiyyətin Paşinyanın küçə süpürməyini deyil, daha ciddi işlər görməyini arzuladığını yazır.
Paşinyanı Leninlə müqayisə edən Ohanesyan yazır: “Paşinyanla Leninin bir çox bənzərliyi var. Gənc vaxtı ikisi də publisist olub, polisdən qaçıb, həbs olunub və aprel tezislərini irəli sürüb... İnqilabdan sonra Paşinyanın Leninlə xarici bənzərliyi də diqqət çəkdi: saqqal və dazlaşmış baş. Ötən həftənin sonunda İrəvanda iməcilik keçirildi, baş nazir tirləri daşımasa da, əlində süpürgə küçəni təmizlədi. Paşinyanın motivləri aydındır, o, xalqa daha yaxın olmaq istəyir, xalqa qulaq asır, hərçənd, reallıq fərqlidir. Misal üçün, Paşinyanın komandasında təmsil olunan milli təhlükəsizlik xidmətinin rəhbəri Artur Vanesyan enerji sektorunda biznes qurur, İrəvandakı tenderlərdə inədənsə həmişə mer Ayk Marutyan qalib gəlir. Paşinyan isə Lenin obrazında xalqa yaxınlıq göstərir, bu, prinsip etibarilə mənfi hal deyil, lakin eyni obrazı əməldə göstərməyəndə xalq bunun ədabazlıq olduğunu anlayacaq. Əfsus ki, əməldə hər şey başqadır. Sözsüz ki, inqilabdan sonra xalq yeni hökmdarlara müəyyən qədər vaxt verdi, insanlar “kəmərlərini sıxmağa” hazırdır, lakin bu, əbədi olmayacaq”
“Posta” qəzeti yazır ki, inqilabdan sonrakı dövrdə Paşinyanın reytinqi 35-40 faiz azalıb. “Aysor” qəzeti Ararat bölgəsində sorğu keçirib və insanlar ötən ilin aprel ayından indiyə qədər heç bir irəliləyiş olmadığını qeyd ediblər.
Ohanesyan yazır ki, təkcə Ararat bölgəsi yox, Ermənistanın bütün ərazilərində vəziyyət eynidir.
“İnqilabdan sonra heç bir irəliləyiş yoxdur, əksinə insanlar hələ də “öz kisələrindən” yeyirlər. Dövlət aparatının optimallaşdırılması çərçivəsində yüzlərlə dövlət qulluqçusu işini itirəcək, təhsildə aparılan islahatlar ali məktəblərin müəllimlərini küçədə qoyacaq, qəddar tariflər qiymətləri kəllə-çarxa qaldıracaq. Mən anlayıram, “müftəxorlarla” mübarizə aparılmalıdır, lakin insanların həyatının yaxşılaşdırılması üçün alternativlər lazımdır və bu gün ləğv edilən hər-hansı şeyin əvəzinə heç nə verilmir”, - deyə erməni şərhçi yazır.
Paşinyan hakimiyətə gələndən sonra Ermənistanda sosial-iqtisadi vəziyyət əvvəlki dövrlərlə müqayisədə pisləşib: son 1 ildə intiharlar 20 faiz artıb, işsizlik ordusu artır, 150 min iş yeri ixtisara düşüb, ölkənin xarici borcu artıb, ixrac 15,8 faiz azalıb, biznesmenlər pullarını banklardan çıxarırlar.
Paşinyan hakimiyyəti isə iqtisadi vəziyyəti düzəltmək əvəzinə “inqilabi populizmi” inkişaf etdirir. Hakim fraksiyanın üzvü Artak Zeynalyan “aprel inqilabı”nın ildönümü münasibətilə “vətəndaş günü” adlı bayramın təsis edilməsi təklifi ilə çıxış edib. Onun təklifi qəbul olunub və hər il aprel ayının son şənbə günü Ermənistanda “vətəndaş günü” bayramı qeyd olunacaq.
Ohanesyan yazır ki, Ermənistandan “leninizm” iyi gəlir.
“Bəli, bizi təngə gətirən hakimiyyəti devirdik, bizə afərin düşür. Özümüzü bağçadakı uşaqlar kimi alqışlaya bilərik və bunu Sarkisyanın istefasından sonra etdik. Seçkiləri keçirdik və yeni parlament qurduq. Lakin nəyisə bayram etmək çox tezdir. Hələ heç bir korrupsioner ittiham edilməyib, yaşayış səviyyəmiz yüksəlməyib, dövlət borcu azalmayıb, əksinə artıb, Avropa İttifaqına daxil olmamışıq, müttəfiqimiz Rusiya isə hələ də Azərbaycanı dəstəkləyir, yeni iş yerləri açılmayıb, investisiya axını olmayıb, ölkədə ədalət sistemi işləmir... Və ən vacibi bizdə vətəndaş cəmiyyəti necədir? Əvvəlki kimi məmurlar öz qohumlarını vəzifələrdə yerləşdirir, valideynlər övladlarının orduya getməsinə qarşıdırlar. Əgər aydınlaşacaqsa ki, islahatlar barsız oldu və baş nazirin komandası, deputat korpusu qeyri-peşəkardır və biz sadəcə təcrübəli boşboğazın yaltaq vədlərinə inanmışıq, o zaman, inqilabı dəfn etməli olacağıq. Hələ bayram etmək çox tezdir”, - Ohanesyan qeyd edir.
Göründüyü kimi, erməni cəmiyyəti də Paşinyanın əlinə aldığı süpürgə ilə küçələri yox, sosial etirazları təmizləmək istədiyini anlayır.

Asif Nərimanlı