Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunmuş “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyin yüksəldilməsi istiqamətləri” mövzusunda beynəlxalq elmi-praktiki konfrans
Bakı Biznes Universitetində 2-3 may 2019-cu il tarixində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 96-ci ildönümünə həsr olunmuş “Azərbaycanda ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyin yüksəldilməsi istiqamətləri ” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirildi. Konfransın məqsədi ali təhsilin beynəlmiləlləşdirilməsi və rəqabətliliyin yüksəldilməsi, təhsil sisteminin inkişafının nəticələrinin təhlil edilməsi və perspektivdə bu prosesin daha uğurla davam etdirilməsi üçün qarşıya qoyulan vəzifələrin həlli yollarını müəyyənləşdirməkdən ibarətdir. Konfransı Bakı Biznes Universitetinin rektoru, iqtisad elməri doktoru professor İbad Abbasov giriş sözü ilə açaraq tədbir iştirakçılarını salamladı və konfransın aktuallığı, məqsədi, mahiyyəti, müzakirə olunacaq məsələlərdən qısa şəkildə bəhs etdi. Sonra o, konfransın gedişatına uğurlar arzuladı.
Konfransda İnsan kapitalının formalaşdırılması və təhsilin inkişaf istiqamətləri , ali təhsil sistemində beynəlxalq rəqabətlilik və təhsilin keyfiyyət təminatı məsələləri, Heydər Əliyev və müasir Azərbaycanın sosial inkişafı, təhsilin beynəlmilləşdirilməsinin prioritet istiqamətləri və həmçinin gənc tədqiqatçıların apardıqları araşdırmalarla bağlı müzakirələr nəzərdə tutulmuşdur.
Tədbirdə 6 ölkənin 9 ali təhsil müəssisəsindən 12 nəfər alim-tədqiqatçı iştirak etdi.
Konfransda AMEA- nın həqiqi üzvü ,i..e.d., professor Ziyad Səmədzadə ,AMEA İqtisadiyyat İnstitunun direktoru i.e.d., prof. Nazim İmanov, AMEA-nın müxbir üzvü ,i.e.d.,professor Akif Musayev, AMEA-nın müxbir üzvü Əməkdar Elm Xadimi Əli Nuriyev, Dövlət Neft Şirkətinin vitse-prezidenti i.e.d.,Süleyman Qasımov,Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Mətin Kərimli ,Yasamal rayon icra hakimiyyətinin müavini Təravət Muradova, Bakı Biznes Universitetinin kafedra müdirləri i.e.d.,prof.Səlim Müslümov, i.e.d., prof., İslam İbrahimov, YAP Yasamal rayon təşkilatının sədri, dos. Tağı Əhmədov, həmçinin Rusiya Federasiyasından, İngiltərədən, Bolqarıstandan, Litvadan, Ukraynadan, Gürcüstan Respublikasından və digər ölkələrdən gələn tanınmış alim-tədqiqatçılar mövzu ətrafında maraqlı məruzələr etdilər. Konfrans gənc alim-tədqiqatçıların çıxışları ilə öz işini davam etdirdi.

BBU-nun Mətbuat Xidməti