İnsan yaşa dolarkən uşaqlaşarmış. Saçından, nəfəsindən süd qoxusu gələrmiş. Arabir kövrəlib uşaqsayağı dodaq büzməyi də olarmış. 80 yaşını yenicə tamamlamış ağ saçlı, hələ də cavanlıq qamətini saxlamağa çalışan atama da belə uşaqlaşmaq nəsib oldu.
Valideynlər haqqında nə isə demək cox çətin və məsuliyyətlidir. Xatirələr çox. Hansını deyib, hansını danışasan. Bu yaxınlarda işlədiyim Sumqayıt Dövlət Universitetinin filologiya fakültəsinin müəllimi Əşrəfov Rüstəm müəllimlə söhbətimiz oldu. Söhbətdən hər ikimiz məmnun qaldıq. Elə bil mənə dünyanı verdilər. Məlum oldu ki, Rüstəm müəllim 1979-1981-ci illərdə tələbə inşaat dəstəsi ilə bizim kənd məktəbimizdə yerləşdirilmiş və atamla yaxın münasibətdə olmuşdur. İxtisasca filoloq olan atam sənətini sevən adamlara hörmət bəsləyərdi. Görünür buna görə də üstündən 38 il keçməsinə baxmayaraq Rüstəm müəllim o yerlərin gözəlliyindən, insanların qonaqpərvərliyindən ağızdolusu söhbət açırdı.
Atam Məmmədov Məmməd Saleh oğlu Ağdam rayonu Eyvazxanbəyli kənd orta məktəbinin direktoru (Atçılıq zavodu), istedadlı pedaqoq, “ Ömür vəfa qılsa” şeirlər kitabının müəllifi, Qabaqcıl Maarif Əlaçısı, 7 övlad atası, el ağsaqqalı idi. O, dünyaya 1 may 1919-cu ildə Qarabağın cənnət guşələrindən olan Ağdam rayonu Kosalı kəndində göz açmışdır. Atası oğlunun hazırcavablığını, ailədəki digər uşaqlardan verdiyi düşüncəli suallarına görə fərqləndiyini hiss etmişdi. Çox istəyirdi ki, oğlu oxusun, savadlı bir adam olsun. Ancaq öz kəndlərində məktəb olmadığından təxminən 9-10 km uzaqda yerləşən Qərvənd kənd orta məktəbinə təhsil almaq üçün getmək lazım idi. Havaların qarlı-yağışlı olmasına baxmayaraq, balaca, ancaq çox çevik Məmməd bu yolu canla-başla gedirdi. O məktəbi bitirəndən sonra Ağdam şəhəri 2 illik Müəllimlər İnstitutuna daxil olur və oranı müvəffəqiyyətlə bitirir. Onun təşəbbüsü ilə kənddə məktəb açılır və Məmməd müəllim kənd uşaqlarina dərs deməyə başlayır. Qarşısına yeni-yeni planlar qoyub Bakıya getmək, universitetdə təhsil almaq ürəyindən keçirdi. Cavanlıq da öz işini görürdü. Kənddə bir qız da gözaltılamışdı. Alman faşistlərinin sovetlər məkanına hücum etməsi hər şeyi alt-üst etdi. Hamı kimi Məmməd müəllim də hərbi komissarlığa gedib cəbhəyə gedənlər siyahısına yazıldı. Arxa cəbhədə də qala bilərdi. Ancaq Vətən məhəbbəti çox güclü olduğundan o, ön cəbhəni seçdi. Çox ağır bir döyüş yolu keçdi. Sonralar bu barədə öz şeirlərində də yazırdı:
Mən keçmiş cəbhəçiyəm, əsgər andı içmişəm,
Qafqazdan Berlinədək döyüş yolu seçmişəm.
Səngər evim olubdu, şinel yorğan-döşəyim,
Vətən məhəbbətiylə döyünübdür ürəyim.
Yaxşı yadımdadır bayramqabağı nəvələri başına yığışan kimi “baba nemeslərdən danış...”- deyərdilər.
- “Cavanlığım müharibə illərinə düşdü. Təzəcə müəllim işləməyə başlayırdım. Kənddə savadsızlığı aradan qaldırmaq üçün həm gündüz, həm də gecə məktəbləri fəaliyyət göstərirdi. Gündüz uşaqlara, axşamlar da yaşından asılı olmayaraq hamıya dərs kecirdik. Camaatıma gərəkli olduğumu dərk etmişdim və buna görə də sevinirdim. Könlümdən ailə qurmaq, ev tikmək keçirdi. Qəfil müharibə hər şeyi pərən-pərən etdi.” O, nəvələrinə təkbətək alman əsgəri ilə üzbəüz gəlməsindən, onu tərkisilah edib əsir almasından elə həyəcanla danışırdı ki, sanki o illəri yenidən yaşayırdı.
Atam 313-cü moto artileriyya diviziyasında vuruşurdu. Ağır döyüşlərin birində aldığı yaradan hərbi hospitala müalicə almağa göndərilir. Müalicədən sonra onu arxa cəbhədə saxlayırlar. O yenə də kənd balalarını başına yığıb müəllimlik fəaliyyətinə başlayır. “Cəbhə xatirələrim” adlı şeirində belə yazırdı:
Cəbhə xatirələrim hərdən düşür yadıma,
Çox təşəkkür yazılmış o vaxt mənim adıma
Dünyanı bürümüşdü ölüm saçan fəlakət,
Sevgililər qalmışdı biri-birinə həsrət.
Döyüşdə göstərdiyi şücaətə görə Məmməd müəllim bir çox orden və medallarla təltif olunmuşdur. Onları bu gün də əziz xatirə kimi qoruyub saxlayırıq.
Atam müharibədən sonrakı quruculuq illərindən də danışmağı sevərdi. Kənddə yeni məktəb binasının təməli qoyuldu. Artıq balalarımız geniş, işıqlı sinif otaqlarında dərs keçəcəklər,-deyən Məmməd müəllim binanın tikilişində şəxsən iştirak edirdi.
Məktəbi sanmışam müqəddəs məbəd,
Gözümü dünyaya açandan bəri.
Mən orda əxz etdim bilik, mərifət,
Yaxşını yamandan seçəndən bəri.
Odur ki, qəlbimi məşəl eyləyib,
Bu çətin yollara işıq salmışam.
Bəzən çörəyimi yavanca yeyib,
Özüm də bu yolla addımlamışam.
Daima qurmaq, yaratmaq, yeniliyə doğru addımlamaq, onun günbəgün işıqlanan həyatının əsası idi. Deyəsən, müharibədən əvvəl ürəyində qalan bir arzusunu da reallaşdırmaq vaxtı gəlib çatmışdı. Ali təhsil almaq arzusu. Bu arzu ilə o, 1953-cü ildə S. M. Kirov adına Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinə daxil olur və 1957-ci ildə universiteti müvəffəqiyyətlə bitirir. Diplom müdafiəsindən sonra ona universitetdə qalmaq təklif olunur. “ Hamı şəhərə gəlsə, bəs kənddə kim dərs deyər. Ziyalı elə kənddə də ziyalıdır-” deyərək sevimli məktəbinə dönür. Atam şagirdlərini öz övladlarından ayırmazdı. Onların hər bir dərdi-səri, məişət qayğıları ilə maraqlanardı. Hər söz düşəndə: “ Mənim iki evim var, biri yaşadığım ev, biri isə məktəbim”-deyərdi.
O vaxtlar təhsil 10 illik olduğundan hər buraxılış ili respublikamızın müxtəlif ali məktəblərinə 8-10 şagirdimiz qəbul olurdu. Bir kənd məktəbi üçün bu böyük fəxr idi. Müxtəlif ixtisaslara yiyələnən bu gənclər ali təhsillərini bitirdikdən sonra doğma kəndə qayıdıb qurmaq-yaratmaq eşqilə işə başlayırdılar. Məktəbimizin yetirmələri içərisində elm sahəsində də özlərini sınayanlar oldular. Bütün bunları görən istedadlı, qocaman müəllim, gözəl ata, təşkilatçılığı və təsərrüfatçılığı ilə fərqlənən məktəb direktoru Məmməd müəllim fəxr etməyə bilməzdi. Onu hər yerdə, həmişə hörmətlə qarşılayır, məsləhətlərinə qulaq asırdılar. Heç vaxt şöhrət dalınca qaçmayan insana elin tərifi yetərdi.
Ömrünün son günlərində cavanlığından danışmağı sevərdi. Müxtəlif fəxri fərmanlar, Qabaqcıl Maarif Əlaçısı, Sosializm yarışının qalibi, İlin fəxri müəllimi- vaxtı ilə bunlar müharibə illərində aldığı medallar sırasında onun sinəsini bəzəyirdi. Ancaq indi əlimizə belə götürməyə ehtiyat edirik.
Cavanlıqda ara-sıra şeirlər də yazardı. Görünür başqa qayğılar üstələdiyi üçün bu sahəyə bir az da ara vermək istəyib. Bir az da müdrikləşmək, təcrübə toplamaq üçün. Artıq onun da vaxtı gəlib çatmışdır. 1991-ci ildə atamın bu istəyi gerçəkləşdi. İlk şeirlər kitabı “ Ömür vəfa qılsa” adı ilə çap olundu. Görəsən ömür vəfa qılsa daha nələr edəcəkdi, mənim uzaqgörən, ağsaqqal atam.
Ömür vəfa qılsa əgər,
Külüngümlə daşdan gövhər
Çıxararam, qoy bilsinlər.
Ustad çıxdı qabağıma,
Könül verdi yazmağıma.
Buyurdu ki, haqqım vardır,
Yazmağa da üzüm ağdır.
Deyilən söz yadigardır
Hərçənd düşməz ələ fürsət
Geciksən də yaz, ay Məmməd.
Həyatında ikinci müharibəni də gördü Məmməd müəllim. Əgər birinci müharibə alman faşizminə qarşı idisə, bu dəfə faşistlər bizim içimizdə idilər. Öz qoynumuzda, özümüzə düşmən bəsləmişik sən demə. Çörəyimizi yeyib, suyumuzdan içən namərdlər. Yurdumuza göz dikib bizi didərgin saldılar. Bir milyon azərbaycanlı kimi Məmməd müəllimin də taleyinə qaçqınlıq möhürü vuruldu. Ömrünün bu yaşında, təzəcə ahıllığını duyan, ağ saçlarını əlləri ilə darayan qocaman atam bu işlərdən baş açmadığını deyirdi. Öz əlinlə qurub yaratdığını necə xaraba görəsən? O bağ-baxçan indi xarabalığa çevrilib, ata! Müvəqqəti olaraq Bakının Bakıxanov qəsəbəsində qaçqın və köçkün balaları üçün məktəb açmaq yenə nəsib oldu sənin taleyinə. Məktəb fəaliyyətə başlayandan bir az sonra bunlara dözməyən atam yatağa düşdü:
Dayanıb ömrümün yol ayrıcında,
Keçmişə həsrətlə boylanıram mən.
Ruhum Qırxqızın yal-yamacında
Od tutub ocaqsız hey yanıram mən!
Qaçqınlıq başıma bir töhmət olub,
Tənəli baxışlar məni lap yorub.
Öz evim-eşiyim düşmənə qalıb,
Bir yurdsuz səfil tək dolanıram mən!
Bu dözülməz dərdə nə atam, nə də anam tab gətirmədi. Sağlığında heç kəsə əziyyət verməyən atam, yatağa düşəndən sonra övladlarının qayğısını görüb kövrəlirdi. Bəlkə bir az da utanırdı. Anam bir neçə il əvvəl rəhmətə getmişdi. Könül sirdaşını itirdikdən sonra o, hər bişən xörəyi yeməzdi, hər ütülənən paltarı geyməzdi. “...ananız elədiyi kimi deyil”, - deyərdi. Çünki çox öyrənmişdilər bir-birilərinə. 50 ildən artıq bir ömür yolu keçmişdilər. Zarafat deyil, bir igidin ömrüdür 50 il. Hər nəyə nail olmuşdusa yuxusuz gecələrinin və ömür-gün yoldaşının köməyi, qayğısı, dözümlülüyü sayəsində əldə etmişdi. Birgə ev tikmək, bağ salmaq, övlad böyütmək nə qədər də çətin və şərəfli
imiş. Sirlərini də pıçıltı ilə, işarə ilə başa salırdılar. 1999-cu ilin sentyabr ayının 22-də 80 yaşında səni sevənləri tərk etdin. Qarabağda anadan oldun, amma məzarın Bakı şəhəri Fatmayi kənd qəbiristanlığındadır. Güllü bağın, doğma elin, əzizlərinin məzarları qaldı orada. Səndən sonra neçə itkilərimiz oldu. İlbəil böyüyən hasarın içərisində doğmalarına da yer tapıldı. Orada da tək qalmaq istəmədin. Bir zamanlar üçüncü oğlunun dünyaya gəlişi ilə sənə göz aydınlığı vermişdilər. Özün kimi uca boylu, şən, mehriban Elxan oğlun da sənin yanındadır. Hər dünyaya gələn nəvən sənin qol-qanadın idi, evimin çırağını yandıracaqlar deyirdin. O nəvələrindən birinin çırağı söndü. 23 yaşlı Eldarı sözlə təsvir etməyə dilim gəlmir. Onun gözəlliyini, vücudunu görmək lazım idi. Gözlərinə baxıb qəlbini duymaq lazım idi. O da sənin yanındadı, ata! Bu gün atasız qalan 4 övladın var. Yaxşı ki, bu qalmaqal dünyada sənin sinənə övlad dağı sağlığında çəkilmədi. Muğayət ol onlardan, ata!
...İpək kimi yumşaq saçlarını ovcumun içində hiss edirəm. Müdrük kəlamların düşür yadıma. Başladığım hər bir işə xeyir-duanı istəyirəm. Yenə də əvvəllər olduğu kimi kəndimizə, evimizə, sənin və anamın qucağına qısılmaq istəyirəm. Yaman sənsizləmişəm sənsiz, mənim ağsaqqal, müdrik atam. Həyətdəki güllərdən məzarının üstünə yox, masanın üstünə qoymaq istərdim. Mümkünmü... hər bayram qabağı ziyarətinə gələrkən tökdüyümüz göz yaşlarını hiss edirsənmi? Dodaqlarımız titrəyir, yanaqlarımızdan isti göz yaşları süzülür. Sənə yaman ehtiyacımız var, ata. Vaxtilə ürəyinin bütün istisini, son ruzisini övladlarına verən atam getmir gözlərimdən. Deyirəm bəlkə ona görə uşaq dünyaya gələndə deyilən təriflər içərisində beləsi də səslənir : “ Atalı-analı böyüsün”. Qoy Tanrı heç kəsi ata qayğısından, ana nəvazişindən əskik etməsin.
Məmməd müəllimin itkisi təkcə ailəmizin yox, bütün Ağdam ziyalılarının itkisi oldu. Sənin vaxtı ilə dərs dediyin tələbələrin indi də adını böyük ehtiramla yad edirlər. Eşidəndə ki, onların hər birinin həyat yolunda sənin böyük rolun olub, ürəyimiz dağa dönür. Sənin müəllimlərin indi də məskunlaşdıqları yerlərdə öz müqəddəs peşələrini –MÜƏLLİM peşəsini-davam etdirirlər. Fəxr edirəm ki, təməlini ibtidaidən qoyub, sonra 8 illik, daha sonra 10 illik orta təhsil verən Ağdam rayon Eyvazxanbəyli kənd orta məktəbinin bir direktoru olmuşdur. O da Sən oldun – Məmmədov Məmməd Saleh oğlu.
Südabə Məmməd qızı
Sumqayıt Dövlət Universitetinin Əcnəbi tələbələr şöbəsinin müdiri