Bakı Slavyan Universitetində (BSU) 28 May Respublika Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirin əvvəlində Ümummilli Lider Heydər Əliyevin BSU-nun foyesində yerləşən büstü önünə əklil qoyulub, Dövlət himni səsləndirilib. Respublika Gününə həsr olunmuş tədbirdə müstəqillik uğrunda canından keçən soydaşlarımızın xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri açan tərbiyə işləri üzrə prorektor Xanım Sultanova BSU-da Respublika Günü ilə əlaqədar silsilə tədbirlər keçirildiyini diqqətə çatdırıb, əlamətdar gün münasibəti ilə iştirakçıları təbrik edib.
Beynəlxalq münasibətlər kafedrasının müdiri, professor Habil Məmmədov “Azərbaycanın dövlətçilik tarixində AXC-nin yeri” adlı məruzə ilə çıxış edib. H.Məmmədov bildirib ki, AXC beynəlxalq münasibətlər və xarici siyasət sahəsində önəmli diplomatik addımlar atıb, Rusiya və Ermənistan istisna olmaqla bütün qonşu dövlətlərlə mehriban münasibətlər yaradıb. Cümhuriyyət hökümətinin xarici siyasətinin ən önəmli uğurlarından danışan H.Məmmədov Versal Ali Şurası tərəfindən 1920-ci ilin yanvarında Azərbaycanın de-fakto müstəqil dövlət kimi tanınmasını həmin uğurlardan biri kimi dəyərləndirb.
Sonra AXC-nin tarixini əks etdirən video-çarxın nümayişi olub.
Nümayişin ardından çıxış edən Nəsimi rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şahmar Tağıyev AXC dövründə gənclərin dövlət siyasətində rolu, hökümətin azərbaycanlı gənclərin dövlət hesabına təhsil almaq üçün xarici ölkələrə göndərilməsi barədə qəbul etdiyi qanun və q’rarlardan söz açıb. Ş.Tağıyev bildirib ki, Azərbaycan tarixi müstəqilliyini bərpa etdikdən, xüsusən də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ölkə gənclərinin sağlam ruhda tərbiyəsi, əsl vətəndaş kimi formalaşması naminə məqsədyönlü islahatlar həyata keçirilib. Prezident İlham Əliyevin müasir dövrdə gənclərə göstərdiyi diqqət və qayğıdan danışan Şahmar Tağıyev gənclər siyasətinin dövlətin əsas istiqamətlərindən biri olduğunu qeyd edib.
Beynəlxalq münasibətlər və regionşünaslıq fakültəsinin tələbəsi Aynurə Rüstəmovanın “AXC-nin təhsil siyasəti” mövzusunda məruzəsində Azərbaycan Xalq Cümhuriyyəti dövründə mədəni-maarif sahəsində görülən bir sıra mühüm tədbirlər, türk dilinin dövlət dili elan edilməsi, məktəblərin milliləşdirilməsi və təhsil sahəsində həyata keçirilən digər islahatlar barədə danışıb.
Sonda tələbələrin ifasında vətənpərvərliklə bağlı şeirlər səsləndirilib.

BSU-nun Mətbuat Xidməti