Sumqayıt Dövlət Universitetində Azərbaycan xalqının Milli Qurtuluş gününə həsr olunmuş ERASMUS+ PETRA (Azərbaycan universitetlərində tədrisin və təlimin təkmilləşdirilməsi) layihəsi çərçivəsində yaradılmış təlim-tədris mərkəzinin açılışı oldu.
Əvvəlcə qonaqlar universitetin foyesində Ulu Öndərin büstü önünə tər güllər düzüb, dahi şəxsiyyətə hörmət və ehtiramlarını bildirdilər, universitetdə fəaliyyət göstərən Heydər Əliyev Mərkəzi və Elektron laboratoriya ilə tanış oldular.
Rektor professor Elxan Hüseynov ERASMUS+Azərbaycan Nümayəndəliyinin direktoru Pərviz Bağırovla birgə Mərkəzin rəmzi açılışını bildirən lenti kəsdilər.
Açılış mərasimində ERASMUS+Azərbaycan Nümayəndəliyinin direktoru Pərviz Bağırov, əməkdaşı Zəfər Həsənov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Keyfiyyətin Təminatı şöbəsinin müdiri Rəşad Sadıqov, Xəzər Universitetinin Tədris-təlim Mərkəzinin direktoru Ülkər Bayramova, Bakı Slavyan Universitetinin İngilis Filologiyası kafedrasının müdiri, layihə meneceri Natavan Babayeva, Azərbaycan Dillər Universitetinin İngilis dilinin üslubiyyatı və leksikologiya kafedrasının dosenti, layihə meneceri Zarina Aslanova və SDU-nun professor-müəllim heyəti iştirak etdilər.
Universitetin rektoru professor Elxan Hüseynov çıxış edərək 15 İyun – Azərbaycan Xalqının Milli Qurtuluş Günü münasibəti ilə təbrik etdi, xoş arzularını çatdırdı. Bildirdi ki, bu günlərdə xalqımız dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas olunduğu mühüm tarixi hadisənin - xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycanda ikinci dəfə hakimiyyətə gəlməsinin növbəti ildönümünü, 15 İyun-Milli Qurtuluş Gününü böyük bayram əhvali-ruhiyyəsi ilə qeyd edir. Ulu öndərin 26 il əvvəl - 1993-cü ildə Azərbaycan rəhbərliyinə qayıdışı ilə respublikada vətəndaş müharibəsinin qarşısı alındı, dövlətimizin ərazisinin parçalanması təhlükəsi aradan qalxdı, ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrində dönüş yarandı, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu prosesi başlandı. Ölkəyə rəhbərliyi illərində sürətli iqtisadi inkişafın təmin edilməsini, Azərbaycanın dünyaya yaxından inteqrasiya olunmasını, beynəlxalq aləmdə nüfuzlu söz sahibinə çevrilməsini əsas məqsəd kimi seçən Ümummilli Lider ölkədə təhsil islahatları aparılmasının zəruriliyini vurğulayaraq, hər bir inkişafın elm və təhsildən asılı olduğunu qeyd edirdi. Bu gün də Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Azərbaycan dünyanın ən qabaqcıl layihələrində fəal iştirak edərək uğur qazanır. Rektor respublikamızda fəaliyyət göstərən ali məktəblərin dünya təhsil sisteminə, xüsusən də Avropa təhsil məkanına inteqrasiya istiqamətində görülən işlərdən danışdı. Bildirdi ki, Sumqayıt Dövlət Universitetində elmin təhsilə, Avropa dəyərlərinə inteqrasiyası, tədris prosesinin qabaqcıl təcrübədən faydalanmaqla təkmilləşdirilməsi məqsədilə bir sıra uğurlu layihələr həyata keçirilir. Universitet imza atdığı uğurlarla MDB məkanında, Türkiyədə, bir sıra Avropa ölkələrində fəaliyyət göstərən elm-təhsil mərkəzləri tərəfindən də qəbul olunaraq təkcə maddi-texniki bazası, İKT-nın son naliyyətləri ilə təchiz olunmuş auditoriya, laboratoriyaları ilə deyil, nüfuzlu alimləri, tanınmış müəllimləri, mükəmməl biliklərə malik kadr potensialı, professor-müəllim heyəti ilə şöhrət qazanıb. Sumqayıt Dövlət Universiteti bir neçə beynəlxalq layihələrdə tərəfdaş qismində uğurla işini davam etdirir. Hazırda həyata keçirilən belə layihələrdən biri də ERASMUS+ PETRA layihəsidir. Rektor onu da diqqətə çatdırdı ki, Avropa İttifaqının “ERASMUS+” proqramının “PETRA” layihəsinə tərəfdaş olaraq 2016-cı ildən qoşulub. Layihəyə qoşulduğu müddətdə universitetin əməkdaşları Türkiyənin Qazi, Avstriyanın Vyana Tətbiqi Elmlər Universiteti, Finlandiyanın Yuvaskyla və İspaniyanın Valensiya Politexnik universitetlərində müvafiq təlim, seminar və konfranslarda da iştirak edərək Avropa universitetlərinin təcrübəsindən bəhrələniblər. Bundan əlavə, universitet əməkdaşları layihə ilə əlaqədar Xəzər Universitetində təşkil olunmuş seminar və konfransda iştirak ediblər.
Rektor layihə çərçivəsində yaradılmış təlim–tədris mərkəzinin universitetin müəllimlərinin peşəkarlıq səviyyəsinin yüksəldilməsinə, onların müasir təlim metodları ilə işləmək bacarıqlarının, tədris prosesinin keyfiyyətinin və səmərəliliyinin artırılmasına xidmət edəcəyini vurğuladı.
Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri tarix üzrə fəlsəfə doktoru Samirə Məmmədova Mərkəzin açılışının məhz Qurtuluş gününə təyin edilməsinin önəmini qeyd edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanın elm-təhsil sahəsinə xidmətlərindən bəhs etdi və PETRA layihəsi çərçivəsində SDU-nun fəaliyyəti haqqında geniş məlumat verdi.
Qonaqlar rektor professor Elxan Hüseynova səmimi münasibətə görə təşəkkürlərini ifadə etdilər, yeni yaradılmış tədris- təlim mərkəzinin və Elektron laboratoriyasının açılışı münasibəti ilə universitetin kollektivini təbrik etdilər. Onlar layihənin əhəmiyyətindən və layihə çərçivəsində təlim-tədris mərkəzinin qarşıya qoyduğu məqsəd, nəzərdə tutulan planlar, kurslar, treninqlər və seminarlar barədə ətraflı məlumat verdilər.
Tədbir iştirakçıları layihə çərçivəsində keçiriləcək seminar və treninqlər üçün müasir standartlara uyğun yaradılmış auditoriya və laboratoriya ilə tanış oldular.

SDU-nun Mtbuat Xidmti