Prezident İlham Əliyevin siyasətinin ana xəttinin sosialyönümlü olması 2018-2019-cu illərdə həyata keçirilən inqilabi islahatlarda bir daha özünü göstərdi. Həyata keçirilən islahatlar ümumilikdə 4,2 miyondan çox insanın yaşayışına müsbət təsir edib.
Bunu Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən Kollegiya iclasında Kollegiyanın sədri, Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev bildirib.
Nazir məlumat verib ki, hələ ötən ildən reallaşdırılan yeni islahatlar kursu artıq bütün sahələrdə, o cümlədən sosial sahə üçün uğurlu nəticələrini verib. O bildirib ki, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü ilə yaradılmış DOST Agentliyi dövlət sosial xidmətləri sahəsində yeni olmasına baxmayaraq, artıq 30 mindən çox şəxs DOST xidmətlərindən faydalanıb və bu xidmətlərdən keyfiyyətindən vətəndaşların məmnunluq səviyyəsi 94 faizi keçir.
Nazir yeni qurulan altsistemlərin, həmçinin “Məşğulluq” altsisteminin, yeni işə salınacaq “Valideyn himayəsindən məhrum olmuş uşaqlar və övladlığagötürmə” altsisteminin əhəmiyyətindən də danışıb.
İclasda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Əlillərin Məişət Xidmət Cərgəsi Dövlət Müəssisəsinin və “Həyat Ticarət Mərkəzi” Dövlət Müəssisəsinin yenidən təşkili, “Metropoliten sahəsinə aid olan fəhlə peşələri və işlərin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi, “Metropoliten sahəsi üzrə qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, “Avtomobil sürücülərinə ixtisas sinfinin verilmə Qaydaları”nda dəyişiklik edilməsi, “Mədəni-maarif, turizm müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın ləğv edilməsi, “Vasitəçilik fəaliyyətinə xüsusi razılıq (lisenziya) almış hüquqi şəxslərin Azərbaycan Respublikası vətəndaşlarının xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb olunması ilə bağlı xarici hüquqi və ya fiziki şəxslərlə bağladıqları müqavilələrin təsdiq edilməsi və xarici ölkələrdə haqqı ödənilən əmək fəaliyyətinə cəlb etdikləri Azərbaycan Respublikasının vətəndaşları haqqında məlumatın verilməsi Qaydası”nın təsdiqi barədə” Kollegiya Qərarının ləğv edilməsi, “Bütün sahələr üçün ümumi olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda, “Teatr, konsert, sirk müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nda dəyişiklik edilməsi, “Mədəni-maarif müəssisələrində olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiqi barədə”, “Mülki aviasiya sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, “Səhiyyə sahəsinə aid olan qulluqçu vəzifələrinin və fəhlə peşələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi, “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid Tarif-İxtisas Sorğu Kitabçası”nın təsdiq edilməsi məsələləri müzakirə olunub və qərarlar qəbul edilib.
Tehsil-press.az