Şərqşünas alim beynəlxalq konfransda Azərbaycanda dini təhsillə bağlı məruzə edib

Şərqşünas alim beynəlxalq konfransda Azərbaycanda dini təhsillə bağlı məruzə edib Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri Gülər Qafqazlı Kiyevdə Ostrohski Akademiyasının Milli Universitetində “Şərqi və Mərkəzi Avropada islamın öyrənilməsi və təlimi: tarixi xüsusiyyətləri və perspektivləri” mövzusunda beynəlxalq konfransda iştirak edib.
G.Qafqazlı konfransda “Azərbaycanda dini təhsil” mövzusunda məruzə ilə çıxış edib. Şərqşünas alimin məruzəsi maraqla qarşılanıb və G.Qafqazlı konfrans iştirakçılarının suallarını cavablandırıb.

Tehsil-press.az

Oxşar xəbərlər