"Bəşər tarixində ən pis adlandırılan 2020-ci ildən sonra 2021-ci ildə yumşalma gözlənilirdi. Lakin bu barədə qismən demək olar: koronavirus pandemiyası hələ bitməyib, bir çox ölkələrin sərhədləri açılıb, qlobal iqtisadiyyat göndərişlər üzrə təchizatda nasazlıqlar, ən mühüm və komplektləşdirici materialların, əsasən də bir çox malların istehsalı üçün lazım olan mikrosxemlərin çatışmazlığı ucbatından zərər çəkir.
İlin ikinci yarısında Avropanı energetika böhranı bürümüş, qazın qiymətləri isə çoxillik rekordu vurmuşdur.
Yola saldığımız ildə baş verənlərin böyük bir hissəsi tamamilə gözlənilməz oldu, lakin hətta belə vəziyyətdə də iqtisadçılar gələcək üçün proqnoz verməyə cəhd etməkdədir.
Danimarkanın Saxo Bankın işçisi olan Stin Yakobsen ənənəvi olaraq gerçəkdə çətin ki, baş verə biləcək 10 ağlasığmaz hadisəni seçərək, onların hər halda baş verəcəyi təqdirdə nələrin ola biləcəyini təsəvvür etməyi təklif edib.
Onun "ağlasığmaz öncəgörmələrini"ndə əsas rol iqtisadiyyata verilir, Rusiyaya isə hər zaman az diqqət göstərilir.
Gələcəyi kim xatırlayacaq?
Yakobsenin əvvəlki proqnozlarının yalnız cüzi bir hissəsi gerçəyə çevrilib, digər hissələri isə zaman keçdikcə gülüş doğurur. Ötən il danimarkalı deyirdi ki, dünya iqtisadiyyatının bir böhrandan sonra bərpa edilməsi qlobal istiləşmə səbəbindən digər böhrana gətirib çıxaracaq, bunun da günahı hökumətə dəstək üçün ifrat tədbirlər və ifrat kreditləşmədir.
Amazon 2021-ci ildə yerli hakimiyyət orqanlarından görünməmiş güzəştlər əldə etməklə bütöv Kipri "almalı" idi, Fransa dövlət səviyyəsində iflasa uğramalı idi, dünya isə istilik nüvə reaktorunu ixtira etmək hesabına energetik sabitlik əldə etməli idi.
Süni intellekt bütün dünyada milyonlarla insanı işsiz qoyacaqdı, bərabərsizliyi birtəhər yumşaltmaq üçün bir-birinin ardınca ölkələrin hakimiyyətləri qeyd-şərtsiz baza gəlirini sakinlərə əlavə şərtlər olmadan ödəməklə tətbiq etməli idilər. Proqnozlaşdırılanlardan keçən il gerçəyə yaxın baş verən hadisə Çində rəqəmsal yuanın tətbiq edilməsi olub. Bu hələ baş verməsə də, Pekin inamla 2021-ci ildə mərkəzi bankların son dərəcə populyar rəqəmsal valyutalarının işlənib hazırlanmasında liderlər sırasında olub.
Yakobsenin 2022-ci il üçün verdiyi proqnozların mərkəzində inqilab mövzusudur. "Bərabərsizlikdən əziyyət çəkən cəmiyyətimizdə və iqtisadiyyatımızda gərginlik artır. Mövcud sistemin bu problemi həll etmək iqtidarında olmamağımızı, habelə gələcəyə fundamental nöqteyi-nəzərdən baxmaq tələbatımızı nəzərə alaraq, inqilabın mümkünlüyü məsələsi hətta gündəlikdə deyil, onun nə zaman baş verə biləcəyi aydın deyil",-Saxo Bankın baş iqtisadçısı belə iddia edir.
O, əmindir ki, dünyanı əsl mədəni inqilab parçalayır, "döyüş əməliyyatlarının" xətti isə təkcə varlı və kasıblar arasında deyil, həmçinin cavan və yaşlılar arasında, ixtisaslı əməkdaşlar və fəhlə sinfi arasında gedir. Təkcə insanlar savaş etmir: azad bazar dövlətin iqtisadiyyata müdaxiləsi ilə, inflyasiya deflyasiya ilə savaşır.
Fasilə üçün
Belə vəziyyətdə həm özümüz, həm də ətrafımızı dəyişməliyik,-Yakobsen buna təkid edir. Lakin bəzi radikal dəyişiklikləri təxirə salmaq lazım gələcək. Bunların arasında yaşıl keçid, yənin çıxarılan yanacaqla bərpa edilən yanacağın xeyrinə istifadədən imtina etməkdir. Get-gedə artan inflyasiyanın fonunda anlamaq lazımdır ki, "təmiz" energetika pandemiya səbəbindən onsuz da zəifləmiş bu ölkələrə baha başa gələcək. Məlum karbohidratlara qoyulan vəsait iş yerlərinin saxlanılmasına imkan verəcək. Taktikanın dəyişməsi neft və qaz təklifini bərpa edəcək, nəticədə dünya bazarlarında qiymətlər aşağı düşəcək.
Beynəlxalq energetika agentliyinin (BEA) ilkin məqsədləri 2030-cu ilə neftin istehlakının 29, qazın isə 10 faiz azaldılmasını nəzərdə tuturdu. Daha 20 ildən sonra karbohidrat neytrallığına nail olmaq planlaşdırılırdı ki, bu zaman ziyanlı tullantılar ya aşağı düşür, ya da, məsələn, ağac əkməklə kompensasiya edilir.
Yakobsenin proqnozuna görə, səviyyəni neft üzrə 5 ilə, qaz üzrə isə 10 ilə irəli çəkmək lazım gələcək. Zəifləmələr həmçinin dünya energetikasında hələ də mühüm yer tutan və istehsal üçün xammal olan kömürə də toxunacaq. Banklara və digər iri investorlara "cirkli" layihələrə sərmayə qoymağa icazə veriləcək, ekoloji, sosial və idarəeymə məsuliyyəti təşkilatlarının dəbdə olan prinsiplərini arxa plana keçirəcək.
Dünyanın Mark Sukerberq tərəfindən yaradılmış Facebook sosial şəbəkəsini əsl sarsıntı gözləyir.
İstifadəçilər şəxsi məlumatlara lazımi səviyyədə münasibət göstərilməməsi səbəbindən platformanı kütləvi şəkildə tərk edəcək, hətta parlaq marketinq gedişlərin və servislərin köməyi ilə də onları geri qaytarmaq mümkün olmayacaq.
Bu yaxınlarda keçirilmiş rəy sorğularına əsasən, Facebook-a müntəzəm olaraq dünya üzrə yeniyetmələrin yalnız 27 faizi daxil olur, müqayisə üçün 2012-i ildə bu rəqəm 94 faiz təşkil edib.
Gənc istifadəçilərə eyni xəbərlər lentinə baxmaq cansıxıcıdır, onlar digər sosial şəbəkələrə, ilk növbədə Tik Tok və Snapchat şəbəkələrə üstünlük verirlər,-Yakobsen belə deyir.
İqtisadçı sosial platformaların davranışlarını bir neçə onilliklər bundan əvvəl tütün şirkətlərinin bazarlara çoxsaylı yeni oyunçuların çıxması ilə əlaqədar olaraq sərgilədiyi hərəkətlərlə müqayisə edib. Onlar gəncləri cəlb etməyə məcbur olub, lakin onlardan fərqli olaraq, Facebook-un siyasətini uğurlu adlandırmaq çətindir, 2022-ci ildə investorlar, nəhayət, bunu anlayacaqlar. Rəqibləri sıxışdırmaq cəhdləri kömək etməyəcək,-Yakobsen buna əmindir. Korporasiya ən azı 30 faiz ucuzlaşacaq, belə vəziyyətdə yalnız qiymətli aktivləri, ilk növbədə İnstraqamı ayrıca müstəqil layihələr kimi mövqeləşdirməyə başlamaq olar.
Təpənin arxasındakı çətinliklər
ABŞ üçün asan olmayacaq. Ölkə Konqresə aralıq seçkilərin nəticələri üzrə hər iki partiya arasında mübahisələr ucbatından siyasi böhrana qərq olacaqdır. 2021-ci ildə prezident Donald Trampın tərəfdarları Kapitoliyə hücum edərək, hakimiyyətin ötürülməsinə mane oldular və bu, izsiz ötüşməyəcək. Həm demokratlar, həm də respublikaçılar bütün qüvvələrini seçicilərin iştirakını aşağı salmağa və səslərin özlərinin xeyrinə hesablanmasını təmin etməyə cəhd göstərəcəklər. Nəticədə seçkilərin nəticələri yenidən şübhə altına alınacaq, lakin bu dəfə daha dərinə gediləcək: 2023-cü ilin yanvarın 3-də Konqres işə başlaya bilməyəcək, prezident Co Bayden hakimiyyətini yalnız xüsusi fərmanı ilə qoruyub saxlayacaqdır. Hətta Ali Məhkəmənin çıxışlarını da istisna etmək olmaz.
Stin Yakobsen işlərin belə gedişini "demokratiyanın dayandırılması" adladırır və beynəlxalq investorlar pulları daha sakit ölkələrə köçürməyə başlayanda dolların zəifləməsini proqnozlaşdırır. 2022-ci ildə ABŞ-da əmək haqqlarının və inflasiyanın artımı 15 faiz olacaq,-Saxo Bankın baş iqtisadçısı Stin Yakobsen belə proqnoz verir.
Eyni zamanda ABŞ-da inflyasıya görünməmiş 15 faizə catacaq ( illik 2 faiz gəlirə yönəlməklə), buna da səbəb makroiqtisadi amillər deyil, əmək bazarındakı vəziyyət olacaqdır. Amerikalılar koronavirus pandemiyası fonunda baş vermiş işçi qüvvəsinin çatışmazlığından istifadə edəcəklər. Ötən ildə işçilərin sayı müəssisələrin, ilk növədə xidmət sahəsi müəssisələrinin işinin məhdudlaşdırılması və müvəqqəti bağlanması səbəbindən kəskin surətdə azalmışdır.
İqtisadçılar gözləyirdilər ki, bunların aradan qaldırılmasından sonra camaat geri dönəcək, lakin gerçəkdə çoxları təqaüdə çıxdı və ya müavinət almağa üstünlük verdi. Nəticədə boşalmış vakansiyaların təximinən yarısı hələ də boşdur, bu isə ixtisaslı işçilərə işverənlərə qarşı tələbləri artırmağa və əmək haqlarının yüksəlməsini gözləməyə imkan verəcəkdir.
Yakobsenin proqozuna görə, əməyin ödənilməsi orta hesabla 15 faiz artacaq, ölkə 1970-ci illərin səhvlərini təkrarlayacaq. Başda Cerom Pauel olmaqla Federal rezerv sisteminin reaksiyası geçikmiş və kifayətedici olmayacaq: baza faizi bir az yüksələcək, lakin qiymət artımının qarşısını ala bilməyəcək. Bir çox qiymətli kağızlar və birja fondları öz cazibəsini itirəcək, onları buraxan şirkətlər malyyəşmə imkanından məhrum olacaqlar.
Öz növbəsində Avropa bütün sarsıntılardan sonra iqtisadiyyatı inqilabi yolla sağlamlaşdırma üsulunu ixtira edəcəkdir. Brüssel iqlim problemlərini həll etmək və Avropa İttifaqının müdafiəsini təmin etmək üçün superfond yaradacaqdır. Bunun əvvəlki bunabənzər təşəbbüslərdən köklü fərqi vəsaitlərin mənbəsində olacaqdır. Belə mənbələr əvvəlki kimi İttifaq dövlətlərinin vergiləri və üzvlük haqları deyil, xüsusi fondlarda saxlanılan pensiya ayırmaları olacaqdır. Onları idarə edən şirkətlər 40 yaşından artıq olan müştərilərdən üzvlük haqlarının bir hissəsini superfondun istiqraz vərəqələrinə göndərmək üçün göstəriş alacaqdır. Beləliklə,Avropanın iqtisadiyyatı xeyli pul əldə edəcək ki, onlar da yerli bazarda gəlirləri tənzimləyəcək və müdafiə, inşaat və energetika şirkətlərinin aktıv inkişafına imkan yaradacaqdır.
Qadın üsyanı
Fond bazarında Reddit forumunda treyderlərin yanvar üsyanına bənzər daha bir inqilab baş verəcək. Onlar kütləvi şəkildə heç kimin inanmadığı şirkətlərin səhmlərini və onların opsionlarını alıb, bununla da iri fondları bir növ cəzalandırırdı. Kağızların qiyməti artır və idarəedənlərə böyük ziyan vururdular. İndi isə bu işə elə həmin Redditdə olan qadınlar girişəcəkdir. Onların taktikası əksinə olacaq və gender bərabərliyinin bərqərar olmasına qayğı göstərməyən və yanlış praktikaya yol verən şirkətlərə yönələcəkdir.
Qadın trayderlər təbii olaraq qənaətçıl olduqlarına görə böyük kapital toplayacaq, belə şirkətlərin səhmləri üzrə qısa mövqelərini açmağa başlayacaq, brokerdən aldığı kağızları satacaqdır.
Beləliklə, hücum ayrı-ayrı aktivlərə qoyulmuş fondlara qarşı deyil, korporasiyaların özlərinə qarşı yönələcəkdir. Eynı zamanda əməkdaşlar və istehlakşılar arasındakı qadınların qayğısına qalan "düzgün" şirkətlər, əksinə, "Reddit"in "qadın ordusu"ndan əlavə investisiyalar alacaqlar.
Saxo Bankın baş iqtisadçısının fikrinə görə, belə bir gediş biznesi gerçək dəyişikliklərə sövq edə bilər və fond bazarında "gender bərabərliyi"ni müəyyən edə bilər.
Yer kürəsinin digər tərəfində 2022-ci ildə geosiyasi stereotiplər və mövcud nizam dağılacaqdır. Hindistan Fars körfəzi ərəb dövlətlərinin əməkdaşlıq İttifaqına səsvermə hüququ olmadan daxil olacaqdır. Belə əməkdaşlıq hamı üçün faydalı olacaq: Dehli etibarlı xammal bazası, həmçinin infrastruktur və kənd təsərrüfatını, ərəb dövlətləri isə dünyanın aparıcı oyunçularının texnologiyalarını əldə edəcək. Həm də tərəflər iqtisadiyyatın müxtəlif sektorlarında bir-birinin bazarlarına çıxış imkanına malik olacaqdır. Beləcə dünya ABŞ, Avropa İttifaqı və Çinlə bərabər, daha bir siyasi-iqtisadi qütb əldə edəcək.
Sağlığınıza qismət
Musiqi aləmində də inqilab baş verəcək. 2021-ci ildə populyarlıq qazanmış NFT (qarşılıqlı surətdə əvəzlənməyən tokenlər) texnologiyası musiqiçilərə kompozosiya və albomların gəlirlərinin 75-95 faizi sərf edilən striminq servislərində yerləşdirməkdən imtina etməyə və onları dinləyicilərə birbaşa satmağa imkan verəcəkdir. Mövcud model gəncləri qane etmir, çünki konkret kompozisiyanın dinlənilməsinə görə abonent ödənişlərinin əvəzinə dinləyicilərin ödəmələrinin ifaçının bazardakı payından asılı olaraq paylanmasını nəzərdə tutur. İndiyədək bu və ya digər aktivə mülkiyyət hüququnu rəqəmsal olaraq təsdiq edən NFT az sayda artistlər tərəfindən istifadə olunurdu. İndi isə bu texnologiya kütləvi xarakter alacaq, Spotify və Apple Music kimi striminq platformaları isə zərbə altında qalacaq. Əgər bu təşəbbüsə dünya üzrə artistlər dəstək verərsə, onları iflas gözləyə bilər,-Yakobsen buna əminliyini ifadə edir.
Bu arada isə dünyanın başı üzərini yeni "soyuq müharibə" və bu dəfə səsdən iti silahlarla sürətlə silahlanma təhlükəsi alacaqdır. Artıq Çin onların sınaqlarını keçirməkdədir, Rusiya isə yaxın gələcəkdə belə silahların nümunələrini təqdim etməyə söz verib, bu isə ABŞ və Avropanı narahat etməyə bilməz. Belə olduğu halda bəşəriyyətin yeganə şansı həm hücum, həm də müdafiə nümunələrinin geniş yayılması hesabına yeni status-kvoya ümid etmək qalır.
Lakin hər halda məyus olmaq lazım deyil, çünki hərbi sənaye ilə yanaşı, təbabətdə də sıçrayış baş verəcək. Məhz 2022-ci ildə elə kəşf baş verəcək ki, artıq yaxın gələcəkdə insan həyatını 25 il uzatmağa imkan verəcək.
Bundan başqa, alimlər bir çox xəstəliklər ,o cümlədən ürək və beyin xəstəlikləri ilə mübarizədə irəliyə gedəcək, DNT-nin inqilabi redaktə edilməsi metodu isə qocalmanı mövcud hüceyrələri "köcürmək" hesabına ləngitməyə imkan verəcək.
Bununla yanaşı, hökumətlər planet əhalisinin artımı ilə nə etməli, hamıya təqaüdü necə ödəməli, yeni iş yerlərini və resursları haradan tapmalı və belə şəraitdə qlobal istiləşmə ilə necə mübarizə aparmalı kimi problemləri həll etməli olacaqdır. İlk baxışda faydalı görünənlər ciddi problemlər yarada bilər,-Yakobsen xəbərdarllq edir.
O, əmindir ki, 2022-ci il eyni vaxtda müxtəlif sahələrdə sıçrayışlar və çevrilişlər ili olacaq. Onların bəziləri faydalı olacaq, digərləri isə dağıdıcı ola bilər. Bankirin versiyasına görə, istənilən halda dünya əvvəlki kimi olmayacaq. Hətta onun proqnozlarını çoxu özünü doğrultmasa belə, biz hamımız ətraf aləm haqqında təsəvvürümüzü genişləndirə biləcəyik.
Tehsil-press.az