Azərbaycanlı gəncin Amerika uğuru
Bu günlərdə Amerika Birləşmiş Ştatlarından (ABŞ) aldığımız xoş xəbər gənclərimizin istedadı, qabiliyyəti ilə zirvələr fəth edə bilmək gücündə olduğunu bir daha dünyaya göstərdi. Bu uğurun sahibi isə “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 2015-2016-cı illərdə ABŞ-ın Kaliforniya Berkli Universitetində “Sənaye mühəndisliyi və əməliyyatlar tədqiqi” ixtisası üzrə magistratura təhsili almış, Texas A&M Universiteti Məzunları Assosiasiyasının "Tədqiqatda fərqlənməyə görə" (2022 Association of Former Students Distinguished Graduate Student Award) mükafatına layiq görülmüş Hüseyn Abdulladır. O, Texas A&M Universitetində doktorantura təhsilini başa vuraraq fəlsəfə doktoru elmi dərəcəsi alıb. Bu mükafat universitetin 2022-ci ildə məzun olmuş bütün doktorantları arasından seçilmiş namizədlərə verilir.
Oktyabrın 6-da universitetin Mays Biznes Məktəbinin rəsmi saytında ABŞ-da akademik fəaliyyətlə məşğul olan Hüseyn Abdulla haqqında geniş məqalə dərc olunub. Məqalədə ali məktəbin azərbaycanlı gəncin adını qürurla çəkdiyi istedadlı gənclərdən biri olduğu bildirilir.
Hüseyn Abdulla 1994-cü ildə Bakıda anadan olub. 2011-ci ildə 72 nömrəli məktəb-liseyi qızıl medalla bitirib. Ali məktəblərə qəbul imtahanlarında 690 bal toplayaraq Qafqaz Universitetinin (Bakı Mühəndislik Universiteti) sənayenin təşkili və idarə olunması (ingilis dilində) ixtisasına qəbul olunub. Prezident təqaüdünə layiq görülüb. 2015-ci ildə ali məktəbdən ən yüksək akademik göstərici ilə “Universitet birincisi” kimi məzun olub. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində ABŞ-da Berkli Kaliforniya Universitetini “Sənaye mühəndisliyi və əməliyyatlar tədqiqi” üzrə magistr ixtisası üzrə bitirib.
Hazırda Tennesi Universitetinin Haslam Biznes Kollecində (Haslam College of Business at the University of Tennessee) tədarük zəncirinin idarə olunması kafedrasının dosentidir, istehsal və xidmət əməliyyatlarının idarə edilməsi fənnindən dərs deyir. Tədqiqatları davamlı əməliyyatlara, pərakəndə satış əməliyyatlarına və davranış əməliyyatlarının idarə olunmasına yönəlib. Məqalələri “Journal of Operations Management”, “Production and Operations Management”, “Manufacturing & Service Operations Management” kimi nüfuzlu jurnallarda dərc olunub.
“A” nəşrinə malik, istisna hal
Xüsusilə qürurverici və sevindirici haldır ki, Huseyn Abdulla Texas A&M Universiteti Mays Biznes Məktəbinin 57 illik tarixində “Tədqiqatda fərqlənməyə görə” (2022 Association of Former Students Distinguished Graduate Student Award) mükafatına layiq görülən ilk PhD tələbəsidir. Bu elit mükafat görkəmli aspirantlara tədqiqat və ya tədris sahələrində müstəsna nailiyyətlərinə, hər il universitetin akademik uğurları ilə fərqlənən bir qrup aspirantına verilir. Universitetin Məzun Tələbələr Assosiasiyası nailiyyətləri ilə seçilmiş namizədələrə uğur sertifikatı və sifarişli qızıl saat təqdim edir.
Məqalədə qeyd olunur ki, elmi tədqiqatlarının keyfiyyətinə görə bu əhəmiyyətli mükafatı alan H.Abdulla bu gün “A” sinfinin aparıcı akademik jurnallarında üç məqalə dərc etdirib. Onun hazırkı layihələrinin siyahısı deməyə əsas verir ki, böyük jurnallarda əlavə məqalələri işıq üzü görəcək.
Saytın əməkdaşı Hüseynin elmi tədqiqatlar sahəsindəki nailiyyətləri haqqında daha geniş fikir əldə etmək üçün onun bəzi məsləhətçilərilə görüşüb və onların azərbaycanlı istedad barədə fikirlərini öyrənib.
Mays Biznes Məktəbinin doktorantura koordinatorlarının sədri, fəlsəfə doktoru Şon Makquayr deyir ki, H.Abdullanın müxtəlif mövzularda məşğul olduğu yüksək keyfiyyətli tədqiqatların böyük həcmi onu aspirant həmkarlarından, xüsusən də biznes sahəsində elmi dərəcə alan doktorantlardan fərqləndirir: “Əgər qeyri-akademik sahədə bir tələbə təhsilini başa vurduqdan sonra bir “A” nəşrinə malikdirsə, bu, istisna haldır, belə ki, Maysın doktoranturasına namizəd üçün üç məqaləyə müəlliflik və ya həmmüəlliflik etmək son dərəcə təsiredicidir”.
Hüseyn Abdulla öz elmi tədqiqat proqramından müsbət nəticələr əldə etməyə və digərlərinə də məhsuldar alim olmağa kömək etməyə çalışır. Aspiranturada yüksək rəqabət şəraitində o həmkarlarına tədqiqat təşəbbüslərinin keyfiyyətini artırmağa kömək edir.
Fəlsəfə doktoru H.Abdullanın elmi məsləhətçisi, professor Ceyms Ebbi yetirməsi barədə deyir: “Hüseyn digər aspirantları da müvəffəqiyyətə yönəltmək üçün hərəkətverici güc idi, həmkarlarının ixtisaslarının artırılması üzərində sıx işləyirdi. Bu, fəlsəfə doktoru namizədlərinə xas olan adi xüsusiyyət deyil”.
Uğurlu tədqiqatları, uğurlu nümunə
H.Abdullanın tədqiqatları dünya bazarlarında aktual problemlərin həllinə yönəlib. O, informasiya və əməliyyatların idarə edilməsi şöbəsində (INFO) oxuyarkən tədqiqatlarını hazırda ayrı-ayrı şəxslər, təşkilatlar və cəmiyyətlər üçün aktual olan sahələrə yönəltmək imkanı əldə etmişdir. Üç il əvvəl istehlakçıların təchizat zəncirinin idarə olunmasının gündəlik həyatlarına təsiri barədə dəqiq fikirləri yox idi. Lakin pandemiya inventarizasiya və koordinasiyadan istehsal və layihələşdirməyə qədər tədarük zəncirində uğursuzluqlara səbəb oldu, bu da, öz növbəsində, həm müəssisələrə, həm də istehlakçılara təsir etdi. “Hüseyn bu kritik anda tədarük zəncirini öyrənir və onun tədqiqatları həqiqətən də hər kəs tərəfindən tətbiq olunur,- deyə Şon Makquayr bildirir.
Bu gün H.Abdullanın tədqiqatları informasiya sistemləri məkanında nəzərə çarpan ağrılı məsələyə - "istehlakçıların məhsul geri qaytarmaları" yaxud "geriyə qaytarılan məhsullar" ("consumer returns") probleminin həllinə yönəlib.
“Hətta pandemiyadan əvvəl də Hüseyn geriyə qaytarılmış məhsullar problemini həvəslə həll edirdi ki, bu da hazırda demək olar ki, 350 milyard dollardan 600 milyard dollara (ABŞ-da adambaşına 1800 dollar) qədər artıb”, - deyə professor C.Ebbi qeyd edir. Hüseynin işi həm maliyyə, həm də ekoloji cəhətdən geriyə qaytarılmış məhsullar probleminə səbəb olan xeyli qlobal nəticələrin aradan qaldırılması üçün elmi ədəbiyyatı və idarəetmə təcrübəsini tamamlayır. Ekoloji baxımdan milyonlarla ton tullantının bu qədər həddindən artıq mənfəətin nəticəsi olacağı gözlənilir. “İnformasiya sistemləri daim inkişaf edən qlobal iqtisadi qüvvələrə reaksiyamızın monitorinqi, təhlili və yaxşılaşdırılması üçün zəruridir - bu öyrənmə sahəsi post-pandemik landşaftda necə meydana çıxdığımız və çiçəkləndiyimiz üçün mərkəzdir”, - deyə C.Ebbi əlavə edir.
“Beləliklə, tələbələrimiz biznesin bundan sonra necə fəaliyyət göstərəcəyi barədə məlumat verməkdə əsas rol oynayırlar. Hüseyn və onun uğurlu tədqiqatları bu işin aktuallığının və əhəmiyyətinin görkəmli nümunəsidir”.
25 ildə mükafat alan ilk doktorant
Məqalədə qeyd olunur ki, Texas A&M Universitetinin kafedra müdiri, fəlsəfə doktoru Riçard Mettersin rəhbərliyi altında ali məktəbin informasiya şöbəsi son on ildə elmi nəticələrin reytinqində ilk 50-ci yerdən 10 -cu yerə yüksəlib. Bu səbəbdən onun Hüseyn Abdulla kimi ən yaxşı aspirantlar üçün cazibəsi artmaqda davam edir. Mays Biznes Məktəbi özünün beş akademik ixtisas sahəsində fəlsəfə doktoru dərəcəsi almağa kömək etmək üçün gənc tədqiqatçılara davamlı dəstəyini nümayiş etdirir. Universitetdə tədqiqatların daha da inkişaf etdirilməsi üçün həm yeni bilik yarada bilən, həm də bu bilikləri ötürə bilən görkəmli akademik alimlər olmaq istəyən tələbələrin səyləri dəstəklənir.
Hüseyn Abdullanın bu mükafatı alması indiki doktorant tələbələrinə və Mays Biznes Məktəbində öz yüksək ixtisaslı təhsilini başa vurmaq imkanını qiymətləndirənlərə güclü siqnal verir. Şon Makquayrın qeyd etdiyi kimi, “Abdulla Hüseynin universitet tərəfindən mükəmməlliyə görə tanınması məktəbin doktorantura tələbələrinə deyir ki, bizim doktorantura proqramımıza gələndə sizin uğurunuzda heç bir məhdudiyyət yoxdur. Universitetin müəllim və inzibati heyəti, dekanlıq son dərəcə parlaq və çalışqan tələbələrin uğur qazana bilməsi üçün hər bir dəstəyə hazırdır”.
“Doktor Metters və informasiya şöbəsinin müəllimləri aspirantlara optimal dəstək mədəniyyətini yaradıblar”, - deyə Mays Biznes Məktəbinin keçmiş müvəqqəti dekanı, fəlsəfə doktoru R.Düeyn Ayrlend deyir. O, əlavə edir ki, “bunu Hüseyn Abdullaya verilmiş nüfuzlu mükafat sübut edir”. “Biz Hüseynlə və bu görkəmli mükafatla fəxr etməyə bilməzdik”, - deyə aspirant proqramları dekanının müavini, fəlsəfə doktoru Jerry Stroyser paylaşıb: “Universitetdə işlədiyim 25 il ərzində ilk Mays doktorantıdır ki, belə bir mükafat aldığını görmək şərəfinə nail oldum”.
Oruc MUSTAFAYEV