Bu gün Bakı Dövlət Universiteti rektorluğu yanında İctimai Nəzarət və Məsləhət Şurasının təşəbbüsü, valideynlər, ictimaiyyət nümayəndələri, qeyri-hökumət təşkilatları və kütləvi informasiya vasitələri nümayəndələrinin iştirakı ilə 2015/2016-cı tədris ilinin yay imtahan sessiyasında “Açıq qapı” günü keçirilib. Əvvəlcə BDU rektoru, akademik Abel Məhərrəmovun iştirakı ilə müəllim-koordinatorların bölgüsünə qatılan müşahidəçilər imtahanların gedişini universitetin Tədris Elektron Mərkəzindən izlədikdən sonra auditoriyalarda olublar. “Açıq qapı” günü iştirakçıları imtahanların müşahidə kameraları quraşdırılmış xüsusi auditoriyalarda keçirilməsini, bununla bərabər hər auditoriyada 2-3 müəllim-koordinatorun nəzarət etməsini, imtahan prosesində baş verə biləcək bütün neqativ halların qarşısının alınması üçün lazımı tədbirlərin görülməsini yüksək qiymətləndiriblər. Tədbir iştirakçıları cavabların yoxlanılması üçün universitetin hər korpusunda ayrılmış xüsusi otaqlara baş çəkib, yazıların kodlaşdırılması, yoxlanılması və nəticələrin dekanlıqlara göndərilməsi prosesinə də qatılıblar.
Qeyd edək ki, BDU rektorunun imzaladığı əmrə əsasən iyunun 30-da başa çatacaq yay sessiyasında imtahanlar bir qayda olaraq yazılı formada aparılır, zərurət yarandığı hallarda rektorluğun qərarı əsasında bəzi fənlər üzrə imtahanlar şifahi-dialoq və ya test formasında keçirilir. İmtahanların şəffaf və obyektiv keçirilməsi məqsədilə fakültə dekanları, kafedra müdirləri qarşısında konkret vəzifələr qoyulub. Sessiyanın gedişi zamanı imtahanların nəticəsindən yarana biləcək narazılıqların mövcud qaydada araşdırılması və həll edilməsi məqsədi ilə Qərargah və onun nəzdində universitet üzrə «Qaynar xətt» yaradılıb, universitetin əsas binasında və tədris korpuslarında şikayət, təklif və məlumatlar üçün hər gün mövcud qaydada möhürlənməklə xüsusi qutular asılıb. İmtahanların nəticələri barədə şikayətlərə baxmaq və aşkar edilmiş çatışmazlıqları operativ şəkildə aradan qaldırmaq məqsədilə Qərargahın nəzdində təbiət və humanitar fakültələr üzrə apelyasiya komissiyaları təşkil edilib.
İmtahan prosesinin təşkilindən və keçirilməsindən, həmçinin tələbələrə öz biliklərini ifadə etmək üçün yaradılan şəraitdən məmnunluqlarını bildirən “Açıq qapı” günü iştirakçıları obyektivliyin və şəffaflığın təmin olunması istiqamətində görülən işləri yüksək qiymətləndiriblər.

Mətbuat və informasiya şöbəsi