Seymur Bayramov yeni vəzifəyə təyin olundu

Seymur Bayramov yeni vəzifəyə təyin olundu Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyində yeni kadr təyinatı olub.

Bununla bağlı müvafiq əmr imzalanıb.

Əmrə əsasən, Seymur Bayramov İRİA-nın Biznesin inkişafı və ticarət departamentinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.

O, bu təyinatadək Azərbaycan Sahibkarlar Konfederasiyasında Sahibkarlarla iş və iqtisadi təhlil şöbəsinin müdiri, daha əvvəllər isə Qarabağ Dirçəliş Fondunda Fandreyzinq və kommunikasiya şöbəsinin aparıcı mütəxəssisi vəzifəsində işləyib.

Tehsil-press.az

Oxşar xəbərlər