Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzatdı

Bayden Suriyaya qarşı sanksiyaların müddətini uzatdı ABŞ Prezidenti Co Bayden Suriyaya qarşı birtərəfli sanksiyalar rejiminin müddətini daha 1 il uzatmaq barədə qərar qəbul edib.

Bu barədə Ağ Ev məlumat yayıb.
Söhbət Vaşinqtonun 2004-cü ildən 2012-ci ilə qədər Dəməşqə qarşı ardıcıl olaraq tətbiq etdiyi müxtəlif məhdudlaşdırıcı tədbirlərin qüvvədə qalmasından gedir. Bu restriksiyalar, xüsusilə ABŞ-ın yurisdiksiyası altında olan bəzi fiziki və hüquqi şəxslərin aktivlərinin bloklanmasını, həmçinin ABŞ-ın müəyyən kateqoriyalı məhsul və xidmətlərinin Suriyaya ixracına qadağa qoyulmasını nəzərdə tutur.

Tehsil-press.az



Oxşar xəbərlər