Cill Bayden ilk dəfə ABŞ-ın birinci xanımı qismində səfər edəcək

Cill Bayden ilk dəfə ABŞ-ın birinci xanımı qismində səfər edəcək ABŞ-ın birinci xanımı Cill Bayden Tokio-2020 Yay Olimpiya Oyunlarının açılış mərasimində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.
ABŞ-ın birinci xanımı cümə axşamı Tokioya çatacaq və Akasaka sarayında Yaponiyanın baş naziri Yoşihide Suqa və onun xanımı Mariko Suqa ilə görüşəcək.0000000000
Bildirilir ki, C.Bayden həmçinin Yaponiyanın imperatoru ilə görüşəcək, Yay Olimpiya Oyunlarının açılış mərasimində və ABŞ-ın Yaponiyadakı səfirliyində ABŞ-Meksika softbol matçı ilə əlaqədar keçiriləcək şənlikdə iştirak edəcək.
Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya Oyunları iyulun 23-ü başlayacaq və avqustun 8-dək davam edəcək.

Tehsil-press.az




Oxşar xəbərlər