Sarkisyan 5 saat dindirildi

Sarkisyan 5 saat dindirildi Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan fevralın 1-də Xüsusi İstintaq Xidmətinə çağırılaraq 1 mart hadisələrinə görə dindirilib.
Sarkisyan təxminən 5 saat mart hadisələrinin şahidi kimi ifadə verib. Sorğunun davam etdiriləcəyi bildirilir.
Xüsusi İstintaq Xidməti informasiyanı şərh etməyib.
Xatırladaq ki, 2008-ci il fevralın 19-də keçirilən prezident seçkilərindən sonra Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın rəhbərlik etdiyi blokun tərəfdarları seçki nəticələrinin yenidən nəzərdən keçirilməsi tələbi ilə Azadlıq meydanında toplaşıblar. 10 gün sərasər minlərlə insan meydanı tərk etmədən bütün sutka davam edən nümayişlərdə iştirak ediblər. Onlar bildirirdilər ki, seçki zamanı əslində hazırkı prezident Serj Sarkisyan yox, Levon Ter-Petrosyan qalib gəlib. Konstitusiya Məhkəməsi isə o zaman seçkiləri qanuni olaraq tanıdığını, Sarkisyanın 52,86 faiz səs, Levon Ter-Petrosyanın isə 21,5 faiz səs topladığını açıqlamışdı.
Bundan sonra martın 1-də səhər erkəndən etiraz aksiyası iştirakçıları zorla Azadlıq meydanından dağıdılıb. Daha sonra şəhərin digər hissəsində – Myasnikyan abidəsinin yaxınlığında 10 nümayişçi öldürülüb. Hadisə nəticəsində 200-dən çox insan yaralanıb.

Tehsil-press.az

Oxşar xəbərlər