Haqqımızda

Haqqımızda

Yaşadığımız XXI əsr həm qloballaşma, həm də elmi-texniki inkişaf əsridir. Biz istəsək də, istəməsək də, bu gün mətbuat öz yerini informasiya portallarına verir. Bu mənada təhsilimizi təmsil edən bir çox mətbu orqanları elektron informasiya portalı əvəzsizdir.
Təhsil-press.az saytı da İnformasiya Agentliyi olaraq bu missiyanı öz üzərinə götürmüşdür. Təhlsil haqqında informasiyaları, yeniliklər, qərar və cərəncamlar təhsil sistemində müasir idarəetmə modelinin tətbiqi, tədris keyfiyyətin yüksəldilməsi, kadr potensialının səriştə və kompetensiya baxımından gücləndirilməsi, səffaflığın təmin edilməsi, habelə, digər müvafiq istiqamətlər üzrə həyata keçirilən islahatlar, görüləcək işlər və s. saytda öz əksini tapır.
İnformasiya Agentliyində, həm də təhsil müəssisəsində baş verən yeniliklər, orada çalışan müəllim və professor heyətinin, tanınmış mütəxəssislərin analitik xarakterli elmi yazıları, təklif və rəyləri, habelə, hər cür reklam və elanlar işıqlandırılır.
“Təhsil-press. az” İnformasiya Afentliyi Azərbaycanda fəaliyyət göstərən bütün dövlət qurumları, təhsil müəssisələri və idarələrlə qeyri-hökumət və özəl təşkilatlarla aktiv, operaptiv əməkdaşlıq edir.
Mətbuat haqqında qanun müstəvisində baş verən hər hansı qeyri-hüquq pozuntularının, haqqı tapdalanan insanların hüquqlarının müdafiəsinə biganə qalmır. Səhiyyə, mədəniyyət, elm, təhsil sahəsində çalışan vətəndaşlara hüquqi yardımlarda göstərir. İstər ölkəmizdə, istərsə də öləkəmizdən xaricdə baş verən bütün yenilikləri, operativ xəbərləri (siyasi, iqtisadi, kütləvi, idman və s.) bizim agentlikdə oxuya bilərsiniz.
Maraqlı insanlar tariximizdə silinməz iz buraxan bir sıra görkəmli şəxsiyyətlər, habelə, elm, ədəbiyyat, tarix sahəsində fəaliyyət göstərmiş insanlar haqqında sizi maraqlandıran suallarla redaksiyamıza müraciət edə bilərsiniz. İstənilən çətinlikdə Sizə yardımçı ola bilərik. Sizi maraqlandıran, narahat edən məsələləri, şikayət təklif və rəylərinizi də bizə yazmağı unutmayın.

“Təhsil-press.az”
İnformasiya Agentliyinin rəhbərliyi