MAR-da BMT sülhməramlıları öldürüldü

MAR-da BMT sülhməramlıları öldürüldü Mərkəzi Afrika Respublikasının (MAR) cənubunda silahlı birləşmələrin döyüşçülərinin hücumu zamanı Birləşmiş Millətlər Təşkilatının (BMT) iki sülhməramlısı öldürülüb.
Bu barədə BMT-nin MAR-dakı sabitləşmə üzrə çoxprofilli kompleks missiyası bildirib.
Hadisə bazar ertəsi Banqasudan (Mbomu prefekturası) 17 kilometr aralıqda baş verib.
Missiya rəhbəri Mankyor Ndiaye bu hücumu qınayıb. O qeyd edib ki, BMT-nin missiyası MAR hökuməti ilə hücum təşkil edən şəxslərin müəyyən edilməsi və onların məsuliyyətə cəlb edilməsi üzərində işləyəcək.

Tehsil-press.az

Oxşar xəbərlər