
Dəyişikliklə buğdanın idxalı və satışı, buğda ununun və çörəyin istehsalı və satışı daha üç il vergidən azad edilib.
Qeyd edək ki, sözügedən məhsullar 2017-ci ilin yanvarın 1-dən dörd il müddətinə vergidən azad olunmuşdu.
Bundan başqa, dəyişiklik kəpəyin istehsalı və satışına da şamil olunub. Bu məhsul 2019-cu ilin martın 1-dən iki il müddətinə vergidən azad edilmişdi. Hazırkı dəyişikliklə bu müddət daha üç il uzadılıb.
Tehsil-press.az