Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı artdı

Almaniyada sığınacaq üçün müraciət edənlərin sayı artdı Almaniyada sığınacaq almaq üçün edilən müraciətlərin sayı bu il kəskin artıb.
Bu barədə Almaniyanın Miqrasiya və Qaçqınlar üzrə Federal İdarəsi məlumat yayıb.
Bildirilib ki, bu rəqəm cari ilin ilk səkkiz ayında ötən ilin eyni dövrü ilə müqayisədə 77 faiz artaraq 204 461-ə çatıb.
Belə ki, avqustda Almaniyada sığınacaq almaq üçün 27 min 738 müraciət edilib ki, bu da əvvəlki ayla müqayisədə 17 faiz çoxdur. Səkkizinci ayda artıq 200 min nəfərlik həddə çatılıb.
Müraciət edənlərin əksəriyyəti Suriyadan, Əfqanıstandan və Türkiyədən olub. Almaniya tarixində sığınacaq axtaranların sayı yalnız 2015-2016-cı illərdə miqrasiya böhranının ən qızğın çağında və 1992-1993-cü illərdə Yuqoslaviya müharibəsi zamanı builki göstəricidən çox olub.

Tehsil-press.az


Oxşar xəbərlər