Ceyhun Kərəmov: Son 5 ildə peşə məktəblərinə tələbə qəbulunda 50 faiz artım müşahidə olunub

Ceyhun Kərəmov: Son 5 ildə peşə məktəblərinə tələbə qəbulunda 50 faiz artım müşahidə olunub 2020-ci ildə peşə təhsili müəssisələrinə 14 min tələbə qəbul olubsa, 2023-cü ildə bu rəqəm 21 minə çatıb.
Bunu Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktoru Ceyhun Kərəmov “Effektiv kommunikasiya” mövzusunda keçirilən seminarda söyləyib.
C.Kərəmov bildirib ki, son 5 ildə tələbə qəbulunda 50 faiz artım müşahidə olunub: “Bu il 35 minə yaxın müraciət qeydə alınıb və 20 min nəfər qəbul edilib. 2026-cı ilədək 45 minə yaxın insanın peşə təhsili sistemində olmasını hədəfləyirik. Biz təkcə məktəb məzunlarının peşə təhsilinə cəlb edilməsini deyil, həm də ixtisasartırma təlimlərinin təşkilini planlaşdırırıq”.

Tehsil-press.az


Oxşar xəbərlər