Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR

Azərbaycanda 1500 məktəbin bağlanması PLANLAŞDIRILIR Azərbaycanda 1500 məktəbin bağlanması planlaşdırılır.

Bunu Milli Məclisin deputatı Ceyhun Məmmədov parlamentin bu gün keçirilən iclasında deyib.

O qeyd edib ki, xərclərin optimallaşdırılması məqsədilə təxminən 4400 məktəbdən 1500-nin bağlanılması planlaşdırılır.

"Düşünürəm məktəb həm də ideoloji və mədəni məsələdir. Eyni zamanda, bu məsələ kəndlərin sürətli boşalmasına aparıb çıxaracaq", - deputat bildirib.

Xatırladaq ki, bir neçə gün əvvəl elm və təhsil naziri Emin Əmrullayev bəzi məktəblərin komplektləşdiriləcəyini bbildirib. "Rasionallaşmaya ehtiyac var, ağrılı proses olsa da, biz buna getməliyik", - o qeyd edib.

Tehsil-press.az

Oxşar xəbərlər