Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi

Zaxarova: İbrahimov Rusiya vətəndaşlığından məhrum edildi Azərbaycana ekstradisiya olunan Zahirəddin İbrahimov qanunsuz hərəkətlərinə görə Rusiya vətəndaşlığından məhrum edilib.

Bunu bu gün keçirdiyi brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

Onun sözlərinə görə, Rusiya qanunvericiliyi Rusiya Federasiyası vətəndaşını başqa ölkəyə ekstradisiya etməyə imkan vermir.

Zaxarova İbrahimovun daha əvvəl qanunsuz hərəkətlərinə görə Rusiya Federasiyası vətəndaşlığından məhrum olunduğunu söyləyib.

Qeyd edib ki, Azərbaycan Respublikasının vətəndaşı Zahirəddin İbrahimov Bakının sorğusu əsasında Azərbaycana verilib.

Tehsil-press.az

Oxşar xəbərlər