Gələn həftədən ölkədə normadan yuxarı temperatur olacaq

Gələn həftədən ölkədə normadan yuxarı temperatur olacaq Artıq bir-neçə gündür ki, Qərbi Avropa isti hava dalğalarının təsiri altındadır. Əksər ərazilərdə temperatur 40 dərəcənı aşıb və rekord göstəricilər yenilənib. Xüsusilə İspaniya, Portuqaliya, İtaliya və Yunanıstanda kəskin istilər hökm sürür. İspaniyanın cənubunda hətta 46 dərəcə temperatur qeydə alınıb.

Bunu Milli Hidrometeorologiya Xidmətinin Proqnozlar Bürosunun direktoru Gülşad Məmmədova bildirib.

G.Məmmədova qeyd edib ki, ölkəmizdə isə şimal axınlarının təsiri nəticəsində son günlər mülayim və nisbətən sərin hava şəraiti müşahidə olunur. Gələn həftənin ikinci yarısından başlayaraq isə ölkə ərazisində cənub axınlarının üstünlük təşkil edəcəyi, temperaturun tədricən yüksələcəyi və normadan yuxarı olacağı gözlənilir:

“Belə ki, havanın maksimal temperaturunun Bakıda və Abşeron yarımadasında 35, Aran rayonlarında 39, dağətəyi rayonlarda 35, dağlıq rayonlarda isə 28 dərəcəyədək isti olacağı proqnozlaşdırılır”.

Tehsil-press.az

Oxşar xəbərlər