O, aparıcı Zaur Baxşəliyevdən incidiyini açıqlayıb.
"Çox incidim. Onu çox istəyirdim. Çox da yaxın olmuşuq. Ya denən təbrik edirəm, ya da... Məni istəyənə də, istəməyənə də təşəkkür edirəm. Axı evimdə dəfələrlə olmusan. Sənin verilişində nə qədər insana yardım etmişəm. Zauru həqiqətən bir, iki gün yox, neçə ildir, bəlkə 20 ildən çoxdur tanıyıram. Onun həmin sözü məni incitdi. Desəydin ki, dostumdur, nə olacaqdı?", - deyə ifaçı bildirib.
Qeyd edək ki, Rəqsanə İsmayılova bir nəfərə yalan vəd verərək 520 min dollarını və 30 min manatlıq qızıl-zinət əşyalarını ələ keçirməklə ittiham olunur. Qızı Aysun onun borcunun 100 min manatını ödədikdən sonra ifaçı ev dustaqlığına buraxılıb.
Zaur isə Rəqsanə azadlığa çıxan gün proqramında "Dostluq etməsək də, yaxın münasibətimiz olmasa da, həqiqətən xətrini sevirəm" sözlərini demişdi.
Tehsil-press.az












