Saçı daha açıq və parlaq göstərmək üçün kimyəvi boyalar mütləq deyil. Son dövrlərdə təbii saç açma üsulları xüsusi diqqət çəkir. Kimyəvi boyalar saç telini zəiflətdiyi halda bitki mənşəli tərkiblər saçın strukturuna az zərər verərək daha nəzarətli açılma təmin edir.Saçları daha açıq edən təbii qarışımın hazırlanma üsulunu təqdim edir.
3 xörək qaşığı çobanyastığı isti su ilə dəmlənir. Qarışım ilıq hala gəldikdən sonra ona limon suyu və az miqdarda zeytun yağı əlavə olunur. Hazırlanan qarışım süzüldükdən sonra istifadəyə hazır vəziyyətə gəlir. Onun təmiz və bir qədər nəm saça çəkilməsi tövsiyə olunur. Saçın bütün hissələrinə bərabər şəkildə yayılması daha homogen (bərabər) rəng açılması əldə etməyə kömək edir. 30 dəqiqədən sonra saç yuyulur.
Xüsusilə açıq qəhvəyi və şabalıdı saçlarda bir neçə tətbiqdən sonra nəzərəçarpacaq parlaqlıq və ton açılması müşahidə oluna bilər. Tünd saçlarda nəticə daha zəif olsa da, isti çalarlar əldə etmək mümkündür.
Tehsil-press.az














