Bakı Slavyan və Dövlət Pedaqoji universitetlərinə yeni rektorlar təyin edildi 

Bakı Slavyan və Dövlət Pedaqoji universitetlərinə yeni rektorlar təyin edildi  Azərbaycan Prezidenti İlham Əliyev Cəfər Məmməd oğlu Cəfərovun Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb.

Dövlət başçısının digər sərəncamı ilə Cəfər Cəfərov Azərbaycan Turizm və Menecment Universitetinin rektoru vəzifəsindən azad edilib. Həmçinin Prezident İlham Əliyev Nurlana Müzəffər qızı Əliyevanın Bakı Slavyan Universitetinin rektoru təyin edilməsi haqqında sərəncam imzalayıb. Dövlət başçısının digər sərəncamı ilə Asif Abbas oğlu Hacıyev Bakı Slavyan Universitetinin rektoru vəzifəsindən azad edilib.


Tehsil-press.az

Oxşar xəbərlər