Tolikin "Səmimi" verilişinin qonağı olan Nəfəs evini təmir edən şirkətlə bağlı maraqlı açıqlamalar verib.Nəfəs Tolikin suallarına cavab olaraq həmin şirkətlə məşhur Azərbaycan idmançısı Hacı Əliyevin vasitəsilə tanış olduğunu etiraf edib. Nəfəs həmçinin Hacı Əliyevlə ailəvi dost olduğunu, Tolik isə Hacı Əliyevin Nəfəsin həyatında olan şəxsi tanıdığını bildirib. Həmin açıqlama ilə videoda ətraflı tanış ola bilərsiniz.
Qeyd edək ki, güləş üzrə 4 qat Avropa və 3 qat dünya çempionu, XXXI Yay Olimpiya Oyunlarının bürünc, XXXII Yay Olimpiya Oyunlarının isə gümüş medalçısı Hacı Əliyevə bu günlərdə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tərəfindən mayor rütbəsi verilib.
Tehsil-press.az












