Sosial şəbəkələrdə Bakı metrosuna girişin yenidən bağlı olması barədə videogörüntülər yayılıb.Bakı Metropoliteni QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov açıqlamasında bildirib ki, Bakı metrosuna girişin bağlı olması barədə xəbərlər həqiqəti əks etdirmir:
“Səhər saat 9-dan "28 May" stansiyasındayam. Biz dünən elan etdik ki, bu gün metroda şənbə gününün qrafiki tətbiq olunacaq. Şənbə günü metroda sərnişinin daha seyrək olduğu gündür. Bu gün isə iş günüdür, sərnişin axını var.
Sərnişin təhlükəsizliyini maksimum təmin etmək məqsədilə bütün stansiyalara tapşırıq verilib. Tənzimləmələr birbaşa giriş qapılarından başlamalıdır. Fəsadlar və təhlükəsizlik nəzərə alınaraq platformada ifrat sıxlığa, yüklənməyə yol verilməməlidir.
Platformaya uyğun olaraq yerin üstündə müvafiq tənzimləmələr aparılır. Bu gün hansısa stansiyanın bağlanması real deyil”.
Qeyd edək ki, ötən gün metroda texniki nasazlıq baş vermiş, metronun bütün stansiyalarına giriş məhdudlaşdırılmışdı.
Tehsil-press.az










