Sabunçu Tibb Mərkəzinin də direktoru işdən çıxarıldı

Sabunçu Tibb Mərkəzinin də direktoru işdən çıxarıldı Sabunçu Tibb Mərkəzinin direktoru Nurəngiz Bəşirova vəzifəsindən azad edilib.

O, işdən çıxarılması ilə bağlı ərizə yazdığını təsdiqləyib.

“Bundan sonrakı qərarı TƏBİB verəcək”, – deyə N.Bəşirova bildirib.

Qeyd edək ki, Nurəngiz Bəşirova 2023-cü ildən bu vəzifədə çalışırdı.

Xatırladaq ki, bu gün Klinik Tibbi Mərkəzin direktoru Könül Ələkbərov və Yeni Klinikanın direktoru Barat Yusubovun da işdən çıxarıldığı təsdiqlənib.

Tehsil-press.az

Oxşar xəbərlər