Bakı metrosunda hadisə - Keçmiş məhkum pul kisəsini oğurladı

Bakı metrosunda hadisə - Keçmiş məhkum pul kisəsini oğurladı Bakı metropolitenində oğurluq hadisəsi baş verib.

Təhsil-press.az xəbər verir ki, metronun “28 May” stansiyasının platformasında Bakı şəhər sakini Ülkər Rzayevanın içərisində 850 manat olan pul kisəsi çantasından oğurlanıb.
Oğurluğu törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Vaqif Qasımov Metropolitendə polis şöbəsinin əməkdaşları tərəfindən tutulub. Faktla bağlı araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər