Ölkəyə gizli yolla “İphone” X telefonları gətirmək istədilər

Ölkəyə gizli yolla “İphone” X telefonları gətirmək istədilər Xaçmaz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatına əsasən, idarənin "Xanoba" gömrük postunda sərhəd xidmətinin əməkdaşları ilə birgə Rusiyadan gələn Azərbaycan vətəndaşının idarə etdiyi "Mercedes Benz Sprinter" markalı avtomobilə gömrük baxışı keçirilib.
Yoxlama zamanı, həmin nəqliyyat vasitəsindən 17 ədəd "İphone" X markalı mobil telefonlar, ümumi uzunluğu 23,8 sm olan bıçaq və qatlanan bıçaqlı 1 ədəd beşbarmaq aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Tehsil-press.az

Oxşar xəbərlər