Gömrükçülər avtobusda külli miqdarda siqaret aşkar etdilər

Gömrükçülər avtobusda külli miqdarda siqaret aşkar etdilər Sərnişin avtobusunda külli miqdarda siqaret aşkar olunub.
Dövlət Gömrük Komitəsindən Təhsil-press.az-a bildiriblər ki, Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Əməliyyat İdarəsinə daxil olmuş məlumata əsasən, Astara Gömrük İdarəsinin əməkdaşları ilə birgə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşı Əliyev Famil Fəzail oğlunun etibarnamə ilə idarə etdiyi "İkarus" markalı, "07-BB-967" dövlət nömrə nişanlı sərnişin avtobusu Lənkəran rayonu ərazisində saxlanılıb və həmin nəqliyyat vasitəsinə baxış keçirilib.
Baxış zamanı Bakı şəhərinə aparılması üçün Azərbaycan vətəndaşı Bayramov Vüsal Şamil oğluna təhvil verilmiş, gömrük qaydaları pozulmaqla ölkə ərazisinə gətirilmiş və üzərində aksiz markası olmayan 12.000 ədəd xarici markalı siqaretlər aşkar olunub.
Faktla bağlı araşdırma aparılır.

Təhsil-press.az

Oxşar xəbərlər