“Azərbaycan Yeni Nəsil Hüquqşünaslar Assosiasiyası” İctimai Birliyi Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının yardımı ilə Helsinkidə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi nəticəsində qaçqın və məcburi köçkün vəziyyətinə düşmüş azərbaycanlıların pozulmuş hüquqlarının bərpasına dair beynəlxalq konfrans keçirəcək.
Məqsəd 1988-ci ildə Ermənistanda yaşayan 250 mindən çox azərbaycanlının tarixi torpaqlarından etnik təmizləməyə məruz qalması, daha sonra elan olunmamış müharibə nəticəsində Dağlıq Qarabağ və ətraf bölgələrin işğalı ilə 700 minədək vətəndaşımızın torpaqlarını tərk etməsi barədə həqiqətləri Skandinaviya ölkələri ictimaiyyətinin diqqətinə çatdırmaqdır. 1988-ci ildən bəri doğma yurdlarından didərgin düşmüş bir milyonadək qaçqın və məcburi köçkünün pozulmuş hüquqları bərpa olunmayıb. Ermənistan işğal altındakı torpaqların dərhal və qeyd-şərtsiz azad edilməsi barədə beynəlxalq təşkilatların, o cümlədən BMT Təhlükəsizlik Şurasının qərar və qətnamələrinin tələblərini hələ də yerinə yetirməyib.
Layihə çərçivəsində Ermənistanın işğalçılıq siyasəti pislənərək Azərbaycana qarşı torpaq iddiası xüsusi vurğulanacaq, torpaqlarımızın işğaldan azad olunması, qaçqın və məcburi köçkünlərimizin pozulmuş hüquqlarının bərpası tələb ediləcək. Həmçinin kitabça, buklet, flayer və sair çap məhsulları hazırlanaraq yerli ictimaiyyətə paylanacaq, Azərbaycanın milli-mədəni irsi barədə məlumat veriləcək.
Tehsil-press.az