Daha 590 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü

Daha 590 nəfərdə koronavirus aşkarlandı - 7 pasiyent öldü Azərbaycanda 590 yeni koronavirus infeksiyasına yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.
Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan məlumat verilib.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 7 nəfər vəfat edib.
Hazırkı dövrədək ölkəmizdə 14 305 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 7768 nəfər müalicə olunaraq sağalıb, 174 nəfər vəfat edib, 6363 nəfərin xüsusi rejimli xəstəxanalarda müalicəsi davam etdirilir.
Bu gün 9103 koronavirus testi aparılıb.

Tehsil-press.az

Oxşar xəbərlər