Ermənistanın baş naziri Nikol Paşinyanın mətbuat katibi Mane Qevorkyan sabah Moskvada Rusiya, Azərbaycan və Ermənistan rəhbərlərinin baş tutacaq görüşü barədə bəzi detalları açıqlayıb.
Qevorkyanın məlumatına görə, danışıqların gündəliyi iqtisadi mahiyyət daşıyacaq, ərazi məsələlərinə dair heç bir sənəd imzalanmayacaq.
“Söhbət regional kommunikasiyaların açılması, beynəlxalq yük daşımaları, o cümlədən Ermənistandan Rusiyaya və İrana, habelə Ermənistanın mərkəzi bölgələrindən Sünik bölgəsinə yük daşımalarından gedir.
Ermənistan tərəfi üçün əsirlərin, girovların və məhbusların tam mübadiləsi, eləcə də müharibə zonasında axtarış və xilasetmə əməliyyatlarının genişləndirilməsi əsas məsələ olaraq qalır. Bu səbəbdən Ermənistan bu məsələni də Moskva görüşünün vacib mövzularından biri hesab edir.
Görüşün nəticələri ilə bağlı ortaq bəyanat da qəbul edilə bilər”, - deyə Paşinyanın mətbuat katibi bildirib.
Tehsil-press.az