Çində təqaüd proqramına sənəd qəbulu davam edir

Çində təqaüd proqramına sənəd qəbulu davam edir Çin Xalq Respublikasının Tsinqua Universitetinin ictimai səhiyyə üzrə Vanke Məktəbinin təqaüd proqramına sənəd qəbulu davam edir.
İctimai səhiyyə sahəsində çalışan şəxslər üçün nəzərdə tutulan təqaüd proqramı 2021-2022-ci tədris ilini əhatə edir. Proqrama yalnız dövlət müəssisələrində çalışan səhiyyə işçiləri və ya tibbi xidmət müəssisələrinin menecerləri müraciət edə bilərlər. Magistratura səviyyəsi üzrə elan edilən təqaüd proqramına martın 31-dək müraciət etmək mümkündür.

Tehsil-press.az


Oxşar xəbərlər