Havalar soyuyan gündən bəri uşaqlar arasında müxtəlif xəstəliklər baş alıb gedir. Bağçalarda, məktəblərdə vəziyyət demək olar ki, çox ciddi həddə çatıb. Siniflərdə, qruplarda olan uşaqların 60 faizi virus infeksiyasının daşıyıcısına çevrilib. Valideynlər isə bu virusun koronavirus olub-olmamasından narahatdırlar.
Pediatr Səbinə Mahmudova Bizimyol.info-ya açıqlama verərək, valideynlərin narahatlığına aydınlıq gətirib və bildirib ki, hazırda uşaqlar arasında yayılan virus mövsümi virusdur.
“Hə il bu fəsildə, istidən soyuğa keçən zaman kəskin respitaror virus infeksiyaları yayılır. Bunların da bir çox növləri var. Hazırda yayılan virus hərarətlə, bəzən isə immunitet yüksək olduqda hərarətsiz də keçə bilir.
Bu virusun əsas əlamətləri burun axma, halsızlıq, bəlğəmli öskürək, boğazda qıcıqlanma, qızartı, əzələlərdə ağrı, biraz böyük uşaqlarda başısıdır. Hətta bəzi hallarda bu xəstəlik səbəbli qaymarit də meydana gələ bilir.
Onu da qeyd edim ki, bu infeksiyada burun axıntısı şəffaf olur. Nə yaşıl, nə də sarı axıntı olmur. Əgər axıntının rəngi şəffaf deyilsə, bu zaman o deməkdir ki, ikincili infeksiya qoşulub”.
Həkimin sözlərinə görə, bu virus infeksiyalarında qızdırma qalxan kimi aktibyotikə qaçmaz güzgün deyil.
“3 gün ərzində gözləmək lazımdır. Əgər 3 gündən artıq qızdırma davam edərsə, bu zaman antibyotikin verilməsi məsləhətdir. Çünki bu o deməkdir ki, bakterial infeksiya qoşulub.
Respirator viruslardan sağalmaq üçün mütləq bol maye qəbul edilməli, uşaqların burnu tez-tez dəniz duzu yuyulmalıdır. Çünki bu zaman infeksiyalar təmizlənir.
Bu virusdan qorunmağın isə xüsusi bir üsulu yoxdur. Virus hava, damcı, uşaqların yataqları, oyuncaqları vasitəsi ilə bir-birinə keçir. Bu səbəbdən də yalnız gigiyenaya diqqət edilməlidir”.
Tehsil-press.az