Azərbaycanda Atatürk Mərkəzində Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının fəxri professoru, Avropa Təbiət Elmləri Akademiyasının həqiqi üzvü, pedaqoji elmlər üzrə fəlsəfə doktoru, dosent Sabir Tağıyevin 70 illik yubileyinə həsr olunan tədbir və “İnsanlıq elminin akademiki” kitabının təqdimatı keçirilib.
Tədbiri AMEA Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun şöbə müdiri professor Əsədulla Cəfərov açaraq Sabir Tağıyevin elmi fəaliyyətindən, yüksək mənəvi keyfiyyətlərindən söz açıb. Bildirilib ki, ürəyi hər zaman Azərbaycan eşqi ilə döyünən S.Tağıyev gözəl alim, ziyalı olmaqla yanaşı, cəmiyyətdə el ağsaqqalı kimi yüksək nüfuza malikdir. Bir sıra xarici ölkələrin akademiyalarının, nüfuzlu təşkilatların fəxri professoru və akademiki adlarına layiq görülüb. S.Tağıyevin yazdığı kitablar türk dünyasının əvəzsiz məxəzləridir.
Gəncə Dövlət Universitetinin Pedaqoji fakültəsinin dekanı Bayram Apoyev, AMEA-nın müxbir üzvü Əlövsət Quliyev, tarix elmləri doktoru Qasım Hacıyev, Abşeron rayon Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Qaradağ Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Munis Bayramov və digər çıxış edənlər Sabir Tağıyevi həqiqi ziyalı, gözəl alim və ailə başçısı, vətənpərvər insan, səmimi dost kimi səciyyələndirib, onun ictimai və elmi fəaliyyətindən söz açıblar.
Qeyd edilib ki, Sabir müəllim dedikdə göz önünə elmin bütün sahələrindən məlumatlı, savadlı, məsuliyyətli, Vətənini, xalqını, el-obasını sevən, hər zaman hərəkətdə olan və tükənməz enerjiyə malik böyük insan canlanır. O, elmdə öz yolu, tədqiqat istiqaməti, yaradıcılıq mövqeyi olan alimdir. S.Tağıyevin çox maraqlı və zəngin həyat yolu hamıya, xüsusilə gənc nəslə örnək olmalıdır.
Yubilyarı təbrik edən dostları ona cansağlığı və gələcək fəaliyyətində uğurlar arzulayıblar.
Tədbirdə çıxış edən Sabir Tağıyev “İnsanlıq elminin akademiki” kitabının ərsəyə gəlməsində zəhməti olanlara və tədbir iştirakçılarına minnətdarlığını bildirib.
Qeyd edək ki, bu kitab Türk Dünyası Araşdırmaları Beynəlxalq Elmlər Akademiyasının və Özbəkistan Turan Elmlər Akademiyasının Rəyasət heyətlərinin müvafiq qərarları ilə nəşr olunub. Kitabda S.Tağıyev haqqında xatirələr, dostlarının təəssüratları, bioqrafik və biblioqrafik məlumatlar yer alıb. Materiallarda alimin həyat yolu, ömrünün müxtəlif mərhələləri, ictimai mövqeyi, elmi fəaliyyəti və s. işıqlandırılır. Nəşrin tərtibçiləri şair-jurnalist Gülzar Şəmkirli və yazıçı-jurnalist Məhərrəm Şəmkirlidir.
S.Tağıyevin “Po poteryannım sledam drevneqo monastırya i qoroda Xalxala v Azerbaydjanskoy Albanii” və “Tayna parnıx i tryox serkvey v Azerbaydjanskoy Albanii” kitabları müxtəlif dillərdə AMEA-nın Mərkəzi Elmi Kitabxanası tərəfindən xarici ölkələrin 30-dan çox kitabxana və təşkilatlarına göndərilib.
Tehsil-press.az