Yaponiya Ukrayna hökumətinin xahişini nəzərə alaraq bu ölkəyə yardım göndərməkdə davam edəcək.
Bu barədə jurnalistlərə Yaponiyanın müdafiə naziri Nobuo Kişi məlumat verib. Nazir bildirib ki, həmin yardım Ukraynaya ABŞ təyyarələri ilə çatdırılacaq. N.Kişi, həmçinin əlavə edib ki, Yaponiya hökuməti digər humanitar yardımın sürətlə çatdırılması üçün mülki təyyarələri də cəlb edəcək.
Nazir, eyni zamanda, Yaponiyanın Ukraynaya zirehli jiletlər, dəbilqələr, isti paltarlar və ərzaq ehtiyatı göndərdiyini də xatırladıb. Martın 10-da Tottori prefekturasından qalxan C2 nəqliyyat təyyarəsinin martın 14-də Ukrayna ilə qonşuluqda yerləşən Polşaya endiyini qeyd edib.
Tehsil-press.az