İstanbuldakı terrora görə daha bir suriyalı saxlanıldı

İstanbuldakı terrora görə daha bir suriyalı saxlanıldı İstanbulda terror aktını törədən şəxs saxlanılıb.
İstiqlal küçəsində terror aktının törədilməsində iştirak edən Hüsam A. adlı terrorçu Suriyanın Azez bölgəsində saxlanılıb.
Onun terror aktını törədən Əhlam Əlbəşirlə əlaqəsinin olduğu aşkarlanıb.
İstanbul Terrorla Mübarizə Şöbə Müdirliyinin verdiyi məlumata görə, terrorçunun Suriyaya qaçdığını müəyyən edəndən sonra Suriyadakı Türkiyə polis qruplarına xəbər verilib. Nəticədə keçirilən uğurlu əməliyyatda o saxlanılıb.
Qeyd edək ki, bu, törədilən terror akt ilə bağlı saxlanılan 51-ci şəxsdir.
Xatırladaq ki, noyabrın 13-də İstanbulun Taksim meydanının İstiqlal küçəsində terror aktı törədilib. Nəticədə 6 nəfər həlak olub, 81 nəfər yaralanıb.

Tehsil-press.az


Oxşar xəbərlər