İyunun 28-də İstanbulda baş vermiş terror aktını Tacikistandan əslən terrorçular tərəfindən törədilməsi bildirilir. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Milliyet" qəzeti yazıb. Qəzetin verdiyi məlumata görə, terror aktını 3 terrorçu törədib. Onların şəxsiyyəti hələlik məlum deyil. Son məlumatlara görə, İstanbul hava limanında terror aktı nəticəsində 42 nəfər ölüb, 239 nəfər yaralanıb. Terror hadisəsinin arxasında İŞİD dayanır.
Tehsil-press.az
Tehsil-press.az