“Korrupsiyaya qarşı mübarizə və şəffaflığın təmin edilməsi istiqamətində aparılan işlər kampaniya xarakterli deyil, davamlı şəkildə aparılır. Naxçıvan da Azərbaycanın bir parçasıdır və ölkəmizdə aparılan islahatlar bu diyarımızda da dərinləşir. Burada qeyri-adi bir şey olduğunu hesab etmirəm. Sadəcə, Naxçıvanda da islahatlara start verilib. Ona görə də dövlət qurumlarının fəaliyyətləri yoxlanılır, yeni strukturlar yaradılır və daha çevik dövlət idarəetmə sisteminin formaladırılması istiqamətində işlər davam etdirilir…”
Bu sözləri Milli Məclisin deputatı Azər Badamov deyib.
Deputat yaxın günlərdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbovun istefa verəcəyi, növbəti mərhələdə isə həbs ediləcəyi, YAP rəhbərliyinin Talıbovun cəzalandırılmasını planlaşdırdığı barədə iddialara isə belə cavab verib: “Kimin həbs olunacağı və ya da kimin işdən azad ediləcəyi təftiş işlərinin nəticələri sayəsində məlum olur. Kimlərin cinayət əməlləri yoxdursa, onların fəaliyyətlərinin davam etdirilməsinə heç bir maneə törədilmir. Ona görə də Naxçıvanda dövlət qurumlarında fəaliyyət göstərən şəxslər barəsində qabaqcadan proqnozların verilməsini düzgün hesab etmirəm. Çünki görülən tədbirlər şəffafdır və müəyyən olunan hallar barəsində ictimaiyyət mütəmadi məlumatlandırılır”.
Tehsil-press.az